Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın kövrək koalisiya hökumətinin dağılmasından sonra almanlar növbədənkənar seçkilərə hazırlaşarkən, seçiciləri düşündürən ən mühüm məsələlərdən biri də enerji qiymətlərinin pik həddə olduğu bir vaxtda yeni qurulacaq hökumətin iqtisadiyyatı necə canlandıracağı və işçiləri ixtisar edən şirkətlərin dirçəlməsidir.
Bizimyol.info xəbər verir ki, “New York Times” qəzetində yer alan xəbərə görə, Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada son iki ildə nəzərəçarpacaq bir artım olmayıb.
Ölkədə iyuldan sentyabr ayına qədər iqtisadiyyat cəmi 0,1 faiz artıb.
Mütəxəssislər il boyu iqtisadiyyatda daralma olacağını proqnozlaşdırsalar da, yeni hökumət ciddi dəyişikliklər etmədikcə 2025-ci ildə artımın olmayacağını qiymətləndiriblər.
Almaniya sənayesində istehsal 2018-ci ildən bəri 12 faizdən çox azalıb.
Hökumətin büdcəni məhdudlaşdırmaq məqsədi ilə elektriklə işləyən avtomobillər üçün maliyyə yardımını birdən-birə kəsməsi sənayedə istehsalın azalmasında səbəblərdən biri olub.
Alman sənayesindəki istehsalçılar Berlindən dəqiq bir mesaj ala bilməsələr də, ABŞ-ın avtomobil istehsalçısı "Ford" 4 mindən çox adamı işdən çıxaracağını açıqlaıb.