Icma.az
close
up
RU
Bir vaxtlar Avropanın lideri olan Almaniya niyə böhran içindədir?

Bir vaxtlar Avropanın lideri olan Almaniya niyə böhran içindədir?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın kövrək koalisiya hökumətinin dağılmasından sonra almanlar növbədənkənar seçkilərə hazırlaşarkən, seçiciləri düşündürən ən mühüm məsələlərdən biri də enerji qiymətlərinin pik həddə olduğu bir vaxtda yeni qurulacaq hökumətin iqtisadiyyatı necə canlandıracağı və işçiləri ixtisar edən şirkətlərin dirçəlməsidir.

Bizimyol.info xəbər verir ki, “New York Times” qəzetində yer alan xəbərə görə, Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniyada son iki ildə nəzərəçarpacaq bir artım olmayıb.

Ölkədə iyuldan sentyabr ayına qədər iqtisadiyyat cəmi 0,1 faiz artıb. Mütəxəssislər il boyu iqtisadiyyatda daralma olacağını proqnozlaşdırsalar da, yeni hökumət ciddi dəyişikliklər etmədikcə 2025-ci ildə artımın olmayacağını qiymətləndiriblər.

Almaniya sənayesində istehsal 2018-ci ildən bəri 12 faizdən çox azalıb. Hökumətin büdcəni məhdudlaşdırmaq məqsədi ilə elektriklə işləyən avtomobillər üçün maliyyə yardımını birdən-birə kəsməsi sənayedə istehsalın azalmasında səbəblərdən biri olub.

Alman sənayesindəki istehsalçılar Berlindən dəqiq bir mesaj ala bilməsələr də, ABŞ-ın avtomobil istehsalçısı "Ford" 4 mindən çox adamı işdən çıxaracağını açıqlaıb. Alman avtomobil istehsalçısı "Volkswagen" 10 zavodundan 3-nü bağlamaq məburiyyətində qaldığını bildirib. Ölkənin ən böyük avtomobil tədarükçüsü olan "Bosch", 2027-ci ildən etibarən 5500 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.

Enerji qiymətlərinin artması, bürokratiyadakı xaos, dövlət infrastrukturunun köhnəlməsi və dünyada müharibələr Almaniyanın ixrac sektoruna ziyan vurub. Almaniya kansleri Olaf Şolsun rəhbərlik etdiyi koalisiya hökumətini yaradan partiyalar arasında siyasi qarşıdurmalar siyasi iflicə çevrildiyi halda, iqtisadiyyatda vəziyyət daha da pisləşib.

2022-ci ildə Ukraynaya müharibə elan etdikdən sonra Rusiyadan təbii qaz ala bilməyən Şolz hökuməti sürətlə mayeləşdirilmiş təbii qaz idxalına üz tutub. Evləri isti saxlayan və ehtiyatları dolu saxlayan bu vəziyyət, fakturaları da əvvəlki ilə müqisədə 40 faiz artırıb.

Vaxtilə Avropanın lideri olan Almaniya avtomobil istehsalında Çinlə rəqabət apara bilməyib. Avtomobil istehsalı ilə yanaşı, maşınqayırmadan polad kimi sənaye sektorunda da Çinin artan rəqabəti ilə üzləşib.

Yüksək enerji qiymətləri, internet üzərindən xidmət göstərməkdə geridə qalma və şirkətlərin xərcləri azaltmaq ehtiyacı Çin sənayesinin Almaniya sənayesini ötməsində təsir edib.

Ötən il ABŞ Atlantik okeanı boyunca 157,9 milyard avro dəyərində mal göndərərək, Almaniyanın ən mühüm ticarət tərəfdaşı kimi Çini əvəz edib. Bildirilib ki, prezident seçkilərində qalib gələn Donald Tramp Çindən gələn mallara ən azı 60 faiz vergi də daxil olmaqla yeni gömrük tarifləri tətbiq etdikdə bu, dəyişə bilər.

ABŞ prezidentliyinin ilk dövründə Tramp dəfələrlə Almaniyanı “külli miqdarda ticarət kəsiri” ilə hədəfləyib. 2023-cü ildə 63,3 milyard avroya çatan ticarət kəsiri, Trampın bunu yenidən problemə çevirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

İqtisadçılar Trampın iqtisadi siyasətinin Almaniyaya fayda verməsini gözləmədiklərini, dünyaca məşhur Alman avtomobil istehsalçıları ilə qabaqcıl dərman və kimya şirkətlərini də qıcıqlandıran bir ticarət müharibəsindən zərər çəkə biləcəyini ifadə etdilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri