Redaktor.az saytına istinadən Icma.az xəbər verir. Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ” növ
Təmsilçimiz İspaniyanın “Atletik Bilbao” klubu ilə qarşılaşacaq.
Oyun İspaniyada, “San Mames” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, bu gün hər iki komandanı çox çətin qarşılaşma gözləyir: "Turnir cədvəlində iki oyundan sonra "Qarabağ" 10-cu yerdədir, lakin bu oyunda xal qazanarsa, daha yuxarı mövqeyə yüksələ bilər.
"Atletik Bilbao" isə bu mərhələdə autsayder görünsə də, İspaniya çempionatında çıxış edir və daim yüksək intensivlikli oyunlar keçirir.
Hazırda La Liqada 20 komanda arasında səkkizinci pillədədir. Üçüncü pillədən onları, səhv etmirəmsə, cəmi iki-üç xal ayırır.
Düşünürəm ki, "Atletik Bilbao" bu gün mütləq geri dönüş etməyə çalışacaq.
Çünki iki məğlubiyyətdən sonra növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ" üzərində qələbə vacibdir.