Icma.az
close
up
RU
“Bir xal belə növbəti mərhələ üçün çox önəmlidir” Qarabağ ın oyunundan gözləntilər

“Bir xal belə növbəti mərhələ üçün çox önəmlidir” Qarabağ ın oyunundan gözləntilər

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ” növbəti oyununa çıxacaq. Təmsilçimiz İspaniyanın “Atletik Bilbao” klubu ilə qarşılaşacaq. Oyun İspaniyada, “San Mames” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov bildirdi ki, bu gün hər iki komandanı çox çətin qarşılaşma gözləyir:

"Turnir cədvəlində iki oyundan sonra "Qarabağ" 10-cu yerdədir, lakin bu oyunda xal qazanarsa, daha yuxarı mövqeyə yüksələ bilər. "Atletik Bilbao" isə bu mərhələdə autsayder görünsə də, İspaniya çempionatında çıxış edir və daim yüksək intensivlikli oyunlar keçirir. Hazırda La Liqada 20 komanda arasında səkkizinci pillədədir. Üçüncü pillədən onları, səhv etmirəmsə, cəmi iki-üç xal ayırır. Düşünürəm ki, "Atletik Bilbao" bu gün mütləq geri dönüş etməyə çalışacaq. Çünki iki məğlubiyyətdən sonra növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ" üzərində qələbə vacibdir. "Qarabağ"ın durumu isə bir qədər fərqlidir. Artıq komandada inam və motivasiya hiss olunur, çünki iki qələbə qazanıblar, özü də güclü komandalar üzərində. Bu gün ehtiyatlı oyun sərgiləməyə çalışacaqlar. Qazanılacaq bir xal belə növbəti mərhələ üçün böyük əhəmiyyət daşıyır. Sevindirici məqam odur ki, "Qarabağ"ın heyətində Yankoviç artıq komanda ilə məşqlərə başlayıb. O, belə oyunlarda böyük əhəmiyyət daşıyan futbolçudur".

Müsahibimiz əlavə etdi ki, komandada bir neçə lider olsa da, Yankoviç əsl liderlik xüsusiyyətlərinə malikdir:

"Oyunun ritmini dəyişə, topu saxlaya, rəqibin təzyiqi zamanı komandanı rahatlaşdıraraq ona güvən verə bilir. Müdafiədən hücuma keçidlərdə və müdafiə davranışlarında da çox fəaldır. Ümid edirəm ki, o, bu gün ya əsas heyətdə, ya da sonradan oyuna daxil olacaq. Qarşılaşmada həm də baş məşqçilər arasında taktiki duel olacaq. Hər iki mütəxəssis özünü sübut etmiş məşqçilərdəndir. Bu gün futbolsevərləri maraqlı bir oyun gözləyir. Ən böyük arzumuz "Qarabağ"ın azı bir xal qazanmasıdır. Buna hamılıqla inanmalı və komandamızın yanında olmalıyıq. Ümid edirəm ki, sonda sevinən tərəf biz olarıq", - deyə Etibar İbrahimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri