“Birbank” “Bir” ekosisteminin mərkəzindədir” Fərid Hüseynov | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, “PAŞA Holdinq” tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən “Bir” ekosistemi ictimaiyyətə təqdim olundu.
Bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir.
“Birbank”, ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.
Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış “Birbank”, “Umico”, “m10” və “MilliÖn” brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir.
Bununla yanaşı, “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir.
Birbank isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara “Umico”da “Birbank” krediti ilə alış-veriş etmək, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır.
Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub.
Tam oxu
Xəbəri oxu