Icma.az
close
up
RU
“Birbank” “Bir” ekosisteminin mərkəzindədir” Fərid Hüseynov

“Birbank” “Bir” ekosisteminin mərkəzindədir” Fərid Hüseynov

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, “PAŞA Holdinq” tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən “Bir” ekosistemi ictimaiyyətə təqdim olundu.

Bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir. “Birbank”, ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.

Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış “Birbank”, “Umico”, “m10” və “MilliÖn” brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir. Bununla yanaşı, “Trendyol Azərbaycan” və “BakıKart” kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir. Birbank isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara “Umico”da “Birbank” krediti ilə alış-veriş etmək, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır.

Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.

Tədbirdəki çıxışı zamanı “Birbank”​ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov, “Bir” ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Birbank” olaraq böyük ekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdir böyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə Bir ekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə, bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrün başlanğıcıdır!”

Bir ekosisteminin rəsmi təqdimat mərasimində, ekosistemi təşkil edən digər şirkətlərin,“Umico”, “m10” və “MilliÖn”ün baş icraçı direktorları da çıxış edərək, öz şirkətlərinin bu inteqrasiyadakı rolunu vurğulayıblar. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Fevral 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri