Birgə bəyannamə dövrümüzün və Avrasiya məkanının reallığını əks etdirir | Icma.az
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri, heç şübhəsiz ki, ölkələrimiz arasındakı əlaqələrin inkişaf dinamikasını əks etdirir.
Diplomatiyada rəsmi xarici səfərlərin təsnifatı baxımından dövlət səfəri digər səfərlərdən daha üstün hesab olunur və ölkələrarası münasibətlərin ali səviyyəyə çatdığını nümayiş etdirir.
Lakin Azərbaycan Prezidentinin bu səfəri təkcə iki dövlət arasındakı əlaqələr baxımından dəyərləndirilməməlidir.
Burada mövcud geosiyasi şərait və zamanlama amili də xüsusi önəm daşıyır.
Son ay yarım ərzində ölkəmizdə keçirilən iki nüfuzlu beynəlxalq Forumun gündəliyinə diqqət yetirsək, görərik ki, onların hər ikisi yeni dünya düzəni və onun doğurduğu çağırışları fürsətə çevirmək imkanlarının müzakirə və təhlilinə həsr olunub.
Prezident İlham Əliyevin Çinə dövlət səfərinin tarixi əhəmiyyəti həm də bu amillər kontekstində dəyərləndirilməlidir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.
Tam oxu
Xəbəri oxu