Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Birgə bəyannamə dövrümüzün və Avrasiya məkanının reallığını əks etdirir

Birgə bəyannamə dövrümüzün və Avrasiya məkanının reallığını əks etdirir

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri, heç şübhəsiz ki, ölkələrimiz arasındakı əlaqələrin inkişaf dinamikasını əks etdirir. Diplomatiyada  rəsmi xarici səfərlərin təsnifatı baxımından dövlət səfəri digər səfərlərdən daha üstün hesab olunur və ölkələrarası münasibətlərin ali səviyyəyə çatdığını nümayiş etdirir. Lakin Azərbaycan Prezidentinin bu səfəri təkcə iki dövlət arasındakı əlaqələr baxımından dəyərləndirilməməlidir. Burada mövcud geosiyasi şərait və zamanlama amili də xüsusi önəm daşıyır. Son ay yarım ərzində ölkəmizdə keçirilən iki nüfuzlu beynəlxalq Forumun gündəliyinə diqqət yetirsək, görərik ki, onların hər ikisi yeni dünya düzəni və onun doğurduğu çağırışları fürsətə çevirmək imkanlarının müzakirə və təhlilinə həsr olunub. Prezident İlham Əliyevin Çinə dövlət səfərinin tarixi əhəmiyyəti həm də bu amillər kontekstində dəyərləndirilməlidir.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. İqlim diplomatiyası ilə bağlı COP29 kimi mötəbər tədbirin yekdilliklə ölkəmizə etibar edilməsi həm də onun göstəricisidir ki, Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasındakı münasibətlərin faydalı məcraya yönləndirilməsinə verə biləcəyi töhfə beynəlxalq aktorlar tərəfindən qəbul olunur. COP29 ərəfəsində ölkəmizə qarşı aparılan çirkin qarayaxma və aydın sezilən təzyiq kampaniyasına baxmayaraq, Bakıda əldə olunan nəticələr sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaş və beynəlxalq münasibətlərin müstəqil subyekti kimi bütün maneələri aşmaq və ortaq maraqların əldə olunması naminə siyasi iradə  göstərmək gücündədir. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, Paris Sazişinin 6-cı maddəsinin işlək vəziyyətə gətirilməsi iqlim diplomatiyası tarixində yeni səhifənin əsasını qoydu.

Azərbaycan bir daha nümayiş etdirdi ki, Qlobal Cənub ilə Qlobal Şimal arasında etibarlı körpülərin və səmərəli əməkdaşlıq formatının qurulmasına töhfə vermək əzminə sadiqdir, ən başlıcası, bunu reallaşdırmaq üçün təsirli əlaqələr sisteminə və uğurlu müstəqil dövlət idarəçiliyi təcrübəsinə malikdir. Qlobal Cənub dedikdə icə, Çin Xalq Respublikası bu böyük coğrafiyanın aparıcı oyunçularından biri və ya birincisidir. Bu gün Çin iqtisadiyyatı o dərəcədə güclənib ki, onun inkişaf dinamikası bütövlükdə dünya iqtisadiyyatını təsirləndirə bilir. Prezident İlham Əliyev dövlət səfəri ərəfəsində, aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə xüsusi olaraq qeyd etdi ki, 2024-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3.7 milyard dollar səviyyəsinə yüksəlib. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır, onun ölkəmizlə xarici ticarət dövriyyəsindəki payı 7,9 faiz təşkil edir. Azərbaycan Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, həmin layihəyə Çindən sonra ən çox investisiya qoyan ikinci ölkədir. Çünki “Kəmər və yol” layihəsi Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada səmərəli iqtisadi bağlantıların qurulmasına zəmin yaratdığı qədər, siyasi, humanitar və mədəni əlaqələrin də etibarlı məcraya yönlənməsinə xidmət edir. Sözsüz ki, bu məqam yeni dünya düzəninin formalaşdığı indiki mürəkkəb şəraitdə ciddi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev, elə bu səbəbdən, müsahibədə həmin məqamı xüsusi olaraq vurğuladı: “ 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”.

Azərbaycanın “Kəmər və yol” layihəsinə böyük investisiya qoyuluşu etməsi həm də ona görə təsadüfi deyil ki, bu layihə ölkəmizin Orta Dəhlizlə bağlı strateji dövlət maraqlarının gerçəkləşməsinə xidmət edir. Ötən il Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcminin 2023-cü illə müqayisədə 86 faiz artaraq 378 min ton səviyyəsinə yüksəlməsi, həmçinin Orta Dəhliz vasitəsilə ixrac və tranzit rejimində Çindən Azərbaycana 287 yük qatarının yola salınması Ermənistana və onun havadarlarına onun mesajıdır ki, nə etmələrindən, hansı məkrli oyunları qurmalarından asılı olmayaraq, Orta Dəhliz və onun ən optimal tərkib hissəsi olan Zəngəzur Dənlizi dövrümüzün yeni reallıqlarının qaçınılmaz tələbidir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) aparıcı təsisçilərindən biri olan Çin ilə ticari əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verməsi iqtisadi maraqlarımızla yanaşı,  həm dövrümüzün, həm də yerləşdiyimiz coğrafiyanın reallığından irəli gəlir. Ölkəmizin 2016-cı ildən etibarən ŞƏT-də dialoq üzrə tərəfdaş ölkə statusunda təmsil olunması bu cür obyektiv reallıqlarla bağlıdır və həmin əməkdaşlıq formatı iqtisadi təhlükəsizliyimizə əlavə təminat verir. Eyni zamanda, ÇXR ilə diplomatik münasibətlərimizin qurulduğu 2 aprel 1992-ci ildən bu günə qədər Çin bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına birmənaılı dəstək verən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Ötən il iyulun 3-də Astanada  keçirilən ŞƏT sammiti çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”  isə ölkələrimiz arasındakı əlaqələrin hazırkı inkişaf səviyyəsini əks etdirir. Prezident İlham Əliyev Sinxua agentliyinə verdiyi müsahibədə həmin sənədin əsas məqsədlərindən birinə bu aydınlığı gətirdi: “Birgə Bəyannamədə, həmçinin təsdiq etdik ki, biz bir-birinin suverenliyinə və ərazi bütövlüyünə layiqli hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlarıq”.

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində ölkələrimiz arasında mühüm sənədlər imzalandı. Onlar iqtisadiyyatın əksər sahələrini, o cümlədən nəqliyyat, logistika, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və texnoloji innovasiyalarla bağlı  istiqamətləri, habelə elm, təhsil, səhiyyə, mədəniyyət, turizm və hüquqi yardımla bağlı bir çox sahələrdə qarşılıqlı əməkdaşlığı ehtiva edir. Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” isə dövlətlərarası münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxdığını təsbit edir. Bu tarixi sənəd 18 müddəadan ibarətdir və onların hər biri ölkələrimiz arasındakı münasibətlərin qarşıdakı illərdə strateji maraqlar müstəvisində davam etdiriləcəyindən xəbər verir. Sənədin 1-ci maddəsində deyilir: “Tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər... Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir”.

Bu müddəa birmənalı olaraq o mesajı verdi ki, Fransa başda olmaqla Avropada bəzi ölkə və təşkilatların sülh gündəliyinə mane olan yersiz təşəbbüsləri, qərəzli qətnamələri və siyasi şantaj mahiyyətli təzyiq üslubu, o cümlədən Ermənistan baş naziri N.Paşinyanın “sülh kəsişməsi” adı altında siyasi oyunbazlığı coğrafiyamızın xəritəsinə və Avrasiya məkanının maraqlarına uyğun olmadığı üçün qəbul edilmir. Sənədin bütün müddəaları kimi, 10-cu maddəsi də dövlət və milli maraqlarımızın qorunmasına əlavə hüquqi təminat verir. Bu maddədə deyilir: “Tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğuladılar”.

Heç şübhəsiz ki, müasir dünyada separatizmə və terrorizmə münasibətdə ayrı-seçkilik göstərildiyinə, onun əsasını vahid və obyektiv dəyərləndirmə təşkil etmədiyinə, həmin münasibət coğrafiyalardan asılı olaraq dəyişdiyinə görə, bu müddəa dövlət və milli təhlükəsizliyimizin qorunması baxımından olduqca əhəmiyyətlidir. Ayrı-seçkilik və ikili standartlar siyasətinin ağır fəsadlarını öz taleyində yaşamış Azərbaycan xalqı bu maddənin əhəmiyyətini bir çoxlarından yaxşı bilir.Birgə Bəyanatın 15-ci maddəsi də Azərbaycan və Çin arasında əməkdaşlığın yeni səviyyəsinin ölkəmizin strateji maraqlarına xidmət etdiyini təsbit edir: “Çin mədəniyyətlərarası dialoqun təşviqi üçün qlobal platforma kimi “Bakı Prosesi” adlı təşəbbüsə uyğun olaraq Azərbaycanın səylərini və bu təşəbbüs çərçivəsində çağırılan qlobal forumları dəstəkləyir”.

Birgə Bəyanatda belə bir müddəanın yer alması regional və qlobal oyunçulara, ilk növbədə, onun mesajıdır ki, Azərbaycan yeniləşən beynəlxalq münasibətlər sistemində Cənubi Qafqazın aparıcı dövləti və əsas söz sahibi kimi qəbul olunmalıdır. Prezident İlham Əliyevin Çinə dövlət səfəri onu da nümayiş etdirdi ki, Azərbaycan dünya nizamı ilə bağlı yeni çağırışları öz dövlət maraqlarına uyğun məcraya yönəltmək üçün siyasi iradə ilə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallığın müəllifi kimi real imkanlara və müstəqil dövlət idarəçiliyi təcrübəsinə də malikdir. Bu gerçəkliyi Çin kimi aparıcı dövlətlərdən birinin rəhbərliyi də görür və ona görə bu gerçəkliyə obyektiv dəyər verir.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see336

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see281

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see279

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see277

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see273

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see267

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see259

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see257

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see246

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see242

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see239

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see235

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see222

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see219

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see217

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see211

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see210

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri