Birgə layihələr Türk dövlətlərinin müdafiə sahəsində inteqrasiyasını artırır Hərbi ekspert…
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbi yaxınlaşması istiqamətində zaman-zaman b
Bunlardan ilkin nümunə, yəni əsas flaqmanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığıdır.
Bu əməkdaşlığın fundamental bünövrəsi 1994-cü ildə müqavilə ilə qoyulub”.Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Ekspertin fikrincə, həmin vaxt Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa dair müqavilə imzalanıb:“Müqavilə bir neçə sahəni əhatə edir, o cümlədən hərbi texniki və hərbi tədris sahəsində əməkdaşlığın yaradılmasını təmin edir.
Bu illər ərzində Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə arasında çoxsaylı hərbi təlimlər keçirilib və əməkdaşlığın bütün sahələrində mühüm addımlar atılıb.
Son illərdə, xüsusilə 2020-ci ildən sonra, 2021-ci ildən başlayaraq, Azərbaycanın Mərkəzi Asiya bölgəsində yerləşən Türk dövlətləri ilə hərbi əməkdaşlığının genişlənməsinə şahid oluruq.
Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə hərbi təlimlər keçirib.
Ötən il isə bu ölkələrlə birlikdə Qazaxıstanda müxtəlif təyinatlı təlimlərdə iştirak edib.
Tam oxu
Xəbəri oxu