Icma.az
close
up
RU
Birgə layihələr Türk dövlətlərinin müdafiə sahəsində inteqrasiyasını artırır Hərbi ekspert

Birgə layihələr Türk dövlətlərinin müdafiə sahəsində inteqrasiyasını artırır Hərbi ekspert

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərbi yaxınlaşması istiqamətində zaman-zaman bir sıra addımlar atılır. Bunlardan ilkin nümunə, yəni əsas flaqmanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığıdır. Bu əməkdaşlığın fundamental bünövrəsi 1994-cü ildə müqavilə ilə qoyulub”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. 
Ekspertin fikrincə, həmin vaxt Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığa dair müqavilə imzalanıb:
“Müqavilə bir neçə sahəni əhatə edir, o cümlədən hərbi texniki və hərbi tədris sahəsində əməkdaşlığın yaradılmasını təmin edir. Bu illər ərzində Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə arasında çoxsaylı hərbi təlimlər keçirilib və əməkdaşlığın bütün sahələrində mühüm addımlar atılıb. Son illərdə, xüsusilə 2020-ci ildən sonra, 2021-ci ildən başlayaraq, Azərbaycanın Mərkəzi Asiya bölgəsində yerləşən Türk dövlətləri ilə hərbi əməkdaşlığının genişlənməsinə şahid oluruq. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə hərbi təlimlər keçirib. Ötən il isə bu ölkələrlə birlikdə Qazaxıstanda müxtəlif təyinatlı təlimlərdə iştirak edib. Bu, türk dilli dövlətlərin birgə hərbi inteqrasiyasının nümunəsidir. Hərbi təlimlər və əməkdaşlığın həyata keçirilməsi müsbət haldır”. 
O əlavə edib ki, bu prosesin dərinləşməsi üçün daha konkret addımlar atılmalıdır:
“Xüsusilə, hərbi sahədə təşkilata üzv ölkələrin birgə fəaliyyət planının hazırlanmasına ehtiyac var və təlimlər bunun tərkib hissəsi olmalıdır. Həmçinin hərbi texniki əməkdaşlıq dərinləşdirilməli, müdafiə sənayesi sahəsində birgə layihələrə start verilməlidir. Uzun illərdir bu məsələyə dair təklifim budur ki, Türk dilli dövlətlərin müdafiə sənayesi sahəsində birgə layihələr həyata keçirilsin. Məsələn, müəyyən məhsulun istehsalında tərəfdaşlıq qurmaq olar. Məhsulun detalları müxtəlif ölkələrdə hazırlanır, yekun yığımı isə konkret bir ölkədə həyata keçirilir. Avropa İttifaqında buna bənzər layihələr var, məsələn "Eurofighter" və "Eurohelikopter" şirkətləri bir konsorsium kimi fəaliyyət göstərir.Bu formada əməkdaşlığı dərinləşdirməklə hərbi sahədə münasibətləri daha da genişləndirmək mümkündür”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri