Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 23 oktyabr, AZƏRTAC AZƏRTAC Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd
“Türkologiya” jurnalının məsul katibi, filologiya elmləri doktoru, dosent Aysel Qəribli AZƏRTAC-a müsahibəsində Birinci Türkoloji Qurultayın
Onunla müsahibəni təqdim edirik.-Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi Azərbaycanda türkologiya elminin inkişafı üçün han
-Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən hadisədir.
Əvvəla, bu əlamətdar hadisə ona görə xüsusi önəm daşıyır ki, Türkoloji Qurultay məhz Azərbaycanda — Bakıda keçirilib.
Bu baxımdan həmin Qurultay Azərbaycan türkologiyasının tarixi nailiyyətləri sırasında mühüm yer tutur.
Buna görə də bu yubileyin qeyd edilməsi Azərbaycan türkologiya elminin inkişaf tarixini bir daha nəzərdən keçirmək, XX əsrin 20-ci illərindəki elmi mühitin səviyyəsini qiymətləndirmək baxımından çox önəmlidir.
Azərbaycan həmin dövrdə türkologiyanın əsas elmi mərkəzlərindən biri olub.