Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Birinci Türkoloji Qurultay əslində türkologiyanın böyük bir “dərsliyi” rolunu oynayır dosent Aysel Qəribli ilə MÜSAHİBƏ

Birinci Türkoloji Qurultay əslində türkologiyanın böyük bir “dərsliyi” rolunu oynayır dosent Aysel Qəribli ilə MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 oktyabr, AZƏRTAC

AZƏRTAC Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi çərçivəsində silsilə materialları davam etdirir. “Türkologiya” jurnalının məsul katibi, filologiya elmləri doktoru, dosent Aysel Qəribli AZƏRTAC-a müsahibəsində Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsinin Azərbaycanda türkologiya elminin inkişafı üçün əhəmiyyətindən, həmin tarixi toplantıda irəli sürülmüş məsələlərin aktuallığından, Qurultayın elmi irsinin öyrənilməsinin gənc tədqiqatçıların üçün vacibliyindən danışıb. Onunla müsahibəni təqdim edirik.

-Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi Azərbaycanda türkologiya elminin inkişafı üçün hansı imkanları aça bilər?

-Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən hadisədir. Əvvəla, bu əlamətdar hadisə ona görə xüsusi önəm daşıyır ki, Türkoloji Qurultay məhz Azərbaycanda — Bakıda keçirilib. Bu baxımdan həmin Qurultay Azərbaycan türkologiyasının tarixi nailiyyətləri sırasında mühüm yer tutur. Buna görə də bu yubileyin qeyd edilməsi Azərbaycan türkologiya elminin inkişaf tarixini bir daha nəzərdən keçirmək, XX əsrin 20-ci illərindəki elmi mühitin səviyyəsini qiymətləndirmək baxımından çox önəmlidir. Azərbaycan həmin dövrdə türkologiyanın əsas elmi mərkəzlərindən biri olub. Bu faktı daha dərindən dərk etdikdən sonra, təbii ki, ölkəmizin yenidən belə bir elmi mərkəz səviyyəsinə yüksəlməsi üçün zəruri addımların atılması vacibdir. Bunun üçün hansı istiqamətlərə diqqət yetirilməli, hansı elmi məsələlər üzərində tədqiqat aparılmalı olduğunu müəyyənləşdirmək önəmlidir.

Birinci Türkoloji Qurultayda əlifba, orfoqrafiya, terminologiya, türk xalqlarının ədəbi dillərinin tarixi, ədəbiyyatı, ümumi tarixi, etnoqrafiyası və incəsənəti kimi məsələlər geniş şəkildə müzakirə edilib. Həmin məsələlərin bu gün də aktuallığını saxladığını qeyd etmək lazımdır.

Təəssüf ki, bəzi ziyalılar Birinci Türkoloji Qurultaya yalnız sovet ideologiyasının təşkil etdiyi siyasi forum kimi yanaşır, Qurultayda aparılmış elmi müzakirələrin mahiyyətinə varmadan onu sırf siyasi məqsəd daşıyan tədbir kimi qiymətləndirirlər. Onların fikrincə, guya Qurultayın keçirilməsinin əsas məqsədi türkçülük ideyalarını dəstəkləyən şəxslərin siyahısının tutulması və sonradan repressiyaya məruz qalması olmuşdur. Halbuki bu yanaşma reallığı tam əks etdirmir.

Məsələnin elmi və elmi-praktik tərəfi bizim üçün daha maraqlı və əhəmiyyətlidir. Şübhəsiz ki, sonrakı illərdə repressiyalar baş vermişdir, lakin bu hadisələr daha ümumi xarakter daşıyırdı və 1926-cı ildə belə bir hadisə hələ müşahidə olunmurdu. Həmin dövrdə Moskvadan gəlmiş türkoloqlar, həmçinin digər elm sahələrinin nümayəndələri türkoloji məsələlərə səmimi münasibət göstərmiş, sovet quruluşunun verdiyi imkanlar daxilində dil və təhsil sahəsində mühüm problemlərin həllinə çalışmışlar.

Qurultayda savadsızlığın aradan qaldırılması, elmi səviyyənin yüksəldilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, əlifba və terminologiya problemlərinin həlli, orfoqrafiya qaydalarının təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunmuşdu. Bütün bunlar böyük bir “dil quruculuğu” prosesinin tərkib hissəsi idi.

Məhz bu xüsusiyyətlərinə görə Birinci Türkoloji Qurultay tarixə mühüm elmi-mədəni hadisə kimi düşüb.

-Qurultayın yubileyinin qeyd olunması bu gün dünyaya hansı mesajları verir?

-Qurultayın yubileyinin qeyd olunması, ilk növbədə, bu fikri təsdiqləyir ki, bütün türk xalqları öz tarixi keçmişlərinə böyük hörmətlə yanaşır, tarixdə baş vermiş mühüm hadisələri təhlil etməyə və onların mahiyyətini dərk etməyə çalışırlar.

Əvvəlki dövrlərdə, xüsusilə 1930-cu illərdən etibarən, türkologiya elminin və ümumən türk xalqlarının mədəni inkişafında ciddi problemlər meydana çıxmışdır. Həmin dövrdə dillərin, ədəbiyyatların və mədəniyyətlərin müstəqilliyini qorumaq baxımından böyük maneələr yaranmışdır. Sovet hakimiyyəti 1930-cu illərin sonlarından etibarən özünü Çar Rusiyasının varisi kimi təqdim etməyə başlamış, inqilabi ideyalar və azad düşüncə tədricən aradan qaldırılmış, nəticədə elmi və mədəni mühitdə müəyyən durğunluq müşahidə olunmuşdur.

Bu gün əsas məqsədimiz ondan ibarətdir ki, türkologiyanın hansı tarixi mərhələlərdən və maneələrdən keçərək inkişaf etdiyini elmi şəkildə göstərək. Çünki türkologiya təkcə türk xalqlarının deyil, bütövlükdə dünya elminin mühüm tədqiqat istiqamətlərindən biridir.

Eyni zamanda, Birinci Türkoloji Qurultayda iştirak etmiş xarici alimlərin fəaliyyəti barədə də ictimaiyyətə geniş məlumat verilməlidir. Bu, həm türkologiya sahəsində beynəlxalq əlaqələrin möhkəmlənməsinə, həm də türkoloji tədqiqatların miqyasının genişlənməsinə xidmət edəcək.

Bu prosesdə Azərbaycanın rolu xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycan türkologiya elminin qədim və zəngin ənənələrə malik mərkəzlərindən biridir. Ölkəmiz həm elmi potensialı, həm də tarixi-mədəni mövqeyi baxımından bütün Türk dünyasında əlaqələndirici (koordinasiyaedici) bir mərkəz kimi çıxış edə bilər.

Bu mənada, Türkoloji Qurultayla bağlı keçiriləcək elmi görüşlər, müsahibələr və konfranslar bir daha dünyaya nümayiş etdirəcək ki, Azərbaycan türkologiya elminə, öz tarix və mədəni irsinə dərin hörmətlə yanaşır və bu sahənin inkişafına böyük önəm verir.

-Siz həm də “Türkologiya” beynəlxalq elmi jurnalının məsul katibisiniz. Qurultayın yubileyi çərçivəsində jurnalın növbəti buraxılışında yeniliklər gözlənilirmi?

-Əlbəttə, Birinci Türkoloji Qurultay mövzusu “Türkologiya” jurnalının fəaliyyətə başladığı ilk illərdən etibarən daim elmi maraq doğurmuş və jurnalın səhifələrində bu mövzuda müxtəlif məqalələr nəşr edilmişdir. Son illərdə redaksiya olaraq çalışırıq ki, bu istiqamətdə daha çox elmi məqalələrin dərcinə yer verək və Qurultayın elmi irsini müxtəlif aspektlərdən araşdıraq.

Yubiley ilinin gedişində bu mövzuya xüsusi diqqət ayrılacağı planlaşdırılır. Ehtimal olunur ki, “Türkologiya” jurnalının ya bütövlükdə bir nömrəsi, ya da növbəti nömrələrdən birinə əlavə buraxılış şəklində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr ediləcək.

Bununla yanaşı, Azərbaycanda və bütövlükdə Türk dünyasında Qurultayın yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər haqqında geniş məlumatlar, eləcə də elmi müzakirələrin nəticələri “Türkologiya” jurnalında bütün təfərrüatı ilə işıqlandırılacaq.

-Qurultayın əsas elmi nəticələri və qərarları bu gün üçün nə dərəcədə aktualdır?

-Demək düzgün olmaz ki, Birinci Türkoloji Qurultayda qəbul edilmiş bütün qərarlar bu gün üçün tam aktuallığını saxlayır. Məsələn, əlifba ilə bağlı qərarlar artıq müəyyən mənada tarixi xarakter daşıyır, çünki bu gün bir sıra türk xalqları latın qrafikasına qayıdıblar. Lakin bu, əsasən müstəqil dövlət statusuna malik türk xalqlarına aiddir. Türkiyə türkləri, azərbaycanlılar, özbəklər və türkmənlər artıq latın qrafikasına keçmişlər. Bununla belə, qazaxlar, qırğızlar və hələ də tam müstəqil dövlət statusuna malik olmayan türk xalqları — tatarlar, başqırdlar, noqaylar, Şimali Qafqaz türkləri və digər etnik qruplar hələlik bu prosesə qoşulmayıblar. Təbii ki, müəyyən zaman keçdikdən sonra bu xalqların da latın qrafikasına keçidi gözlənilir. Bu istiqamət Birinci Türkoloji Qurultayın ideallarına uyğun olaraq türk xalqlarının ortaq maraqlarını əks etdirir.

Qurultayda ədəbi dillərin inkişafı, terminoloji sistemdə ümumi dəyərlərin qorunması, orfoqrafiya və dil siyasətinin vahid prinsiplər əsasında formalaşdırılması kimi məsələlər xüsusi diqqət mərkəzində olub. Müasir dövrdə Türk dünyasının inteqrasiya olunması istiqamətində mühüm addımlar atılır. Bu proses Türk Dövlətləri Təşkilatının prinsipləri və məqsədləri ilə də səsləşir.

Qurultayda irəli sürülmüş elə mülahizələr, fikirlər var ki, biz onları ya birbaşa həyata keçirməliyik ya da onların həyata keçib-keçməməsinin problemlərini müzakirə etməliyik.

Xüsusilə ümumi türk tarixinin, ədəbiyyat tarixinin və dil tarixinin vahid şəkildə yazılması, həmçinin müxtəlif dövrlərdə yaranmış fərqlərin müəyyənləşdirilməsi məsələləri bu gün də aktualdır. Bu problemlər Birinci Türkoloji Qurultay dövründə geniş şəkildə müzakirə olunub və müasir mərhələdə daha yüksək elmi səviyyədə davam etdirilməlidir.

-Gənc tədqiqatçılar bu Qurultayın elmi irsindən necə faydalana bilər?

-Birinci Türkoloji Qurultayın materialları həm Azərbaycan, həm də Türkiyə türkcəsində, eyni zamanda, rus dilində nəşr edilib. Bu fakt türkologiyanın beynəlxalq səviyyəsini və çoxdilli elmi əlaqələr sistemindəki əhəmiyyətini bir daha nümayiş etdirir. Gənc tədqiqatçılar bu materialları dərindən öyrənməli, Qurultayda müzakirə olunan məsələlərin elmi və tarixi mahiyyətini anlayaraq müasir tədqiqatlarda onlardan bəhrələnməlidirlər.

Son illərdə Qurultayın müxtəlif yubileyləri qeyd edilib, lakin bu tədbirlər 100 illik yubiley qədər genişmiqyaslı və elmi baxımdan əhatəli olmayıb. Hazırda bu istiqamətdə yeni tədqiqat materialları hazırlanır, kitablar çap edilir və bu nəşrlər gənc türkoloqlara Qurultay barədə daha ətraflı və dolğun məlumat əldə etmək imkanı yaradacaq.

Birinci Türkoloji Qurultay əslində türkologiyanın böyük bir “dərsliyi” rolunu oynayır. Bu “dərsliyin” əsas prinsipləri və ideyaları gənc türkoloqlar tərəfindən dərindən mənimsənilməlidir. Bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası və beynəlxalq elmi ictimaiyyət üçün aktual və vacib məsələdir.

Buna görə də, hazırda həm elmi görüşlərdə, tədbirlərdə bu barədə müzakirələr aparılır, həm də ümumilikdə ali təhsil müəssisələrində Qurultay materiallarının tədrisə daxil edilməsi istiqamətində işlər aparılır. Universitetlərdə Birinci Türkoloji Qurultayın elmi irsinin öyrənilməsi üçün metodik vəsaitlər, proqramlar və xüsusi kurslar hazırlanmaqdadır. Bu təşəbbüslər təkcə gənc türkoloqların öz sahələrində, yəni yalnız dilçilik sahəsində deyil, həmçinin tarix və ədəbiyyat istiqamətində çalışan gənclərin elmi dünyagörüşünün formalaşmasına, türkologiyanın tarixi mərhələlərini sistemli şəkildə dərindən dərk etmələrinə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri