Icma.az, Azertag portalına istinadən məlumat yayır. Bakı, 22 oktyabr, AZƏRTAC Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 ill
1926-cı ildə Bakıda keçirilmiş Türkoloji Qurultayda Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə b
Sərəncamda qeyd olunduğu kimi, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir.
AZƏRTAC Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materialların verilməsinə başlayır.
Bu materiallarda Qurultayın elmi irsi, onun türkologiya elminə təsiri, Qurultay iştirakçıları haqqında yazılar, həmçinin bu gün Türk dünyasının elmi əlaqələri barədə məsələlər öz əksini tapacaq.
Silsilə materiallarda alimlərlə, mütəxəssislərlə, ekspertlərlə müsahibələr, elmi məqalələr, arxiv materiallarına əsaslanan yazılar yer alacaq.
AZƏRTAC-a müsahibəsində Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimov bildirib ki, Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsr türkologiya elminin inkişafında, türk xalqları arasında mədəni və elmi inteqrasiyanın dərinləşməsində mühüm hadisə olub.
Qurultay yalnız əlifba və dil məsələlərinə deyil, həm də ümumtürk birliyi ideyasına konseptual elmi əsas verib.