Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr (Üçüncü məqalə) | Icma…
Icma.az, 525.az saytına istinadən bildirir. Nizami CƏFƏROVBirinci Türkoloji Qurultayın dərslərini lazımi mükəmməllikdə almaq üçün, fikrimizc
ixtisaslar üzrə görkəmli mütəxəssislərin, eləcə də sovet dövlət xadimlərinin daşıdıqları funksiyalar, qəbul olunmuş qətnamələrin ideya-məzmu
barədə doğru- düzgün təsəvvürlərin formalaşmasından ibarətdir.
Artıq qeyd edildiyi kimi, Birinci Türkoloji Qurultay təsadüfən ortaya çıxmış, yaxud hansısa konyuktur siyasi-ideoloji məqsədlərlə gerçəkləşdirilmiş bir hadisə deyildi, o, türk xalqları ziyalılarının on illər ərzində əvvəl Rusiya imperiyası, sonra isə Sovetlər Birliyi daxilində türk xalqlarının layiq olduqları mədəni, ictimai və siyasi səviyyəyə yüksəlmək uğrundakı gərgin mübarizələrinin nəticəsi idi.
Sovet hakimiyyəti çarizm dövründəkindən fərqli olaraq, ilk illərdə türk xalqlarının qalxınma təşəbbüslərinə anlaşıqlı yanaşaraq Qurultayın keçirilməsini dəstəklədi, bunun üçün müəyyən şərait yaratdı, sovet dövlət xadimlərinin - SSRİ MİK-in sədri Qəzənfər Musabəyovun, Zaqafqaziya hökumətinin üzvü Mirzə Davud Hüseynovun, eləcə də görkəmli elm xadimlərinin - akademiklərin, professorların Qurultayda iştirakını təmin etdi.
İrəlicədən yeni latın əlifbasının qəbulu üçün hər nə qədər böyük işlər görülmüş olsa da, məsələn, Qazaxıstandan, Tatarıstandan gəlmiş nümayəndələrin bu əlifba əleyhinə kəskin çıxış eləmələrinə hər hansı qadağa qoyulmadı.
Tanınmış qazax ziyalısı, Qurultayın rəyasət heyətinin üzvlüyünə seçilmiş Əhməd Baytursun islah olunmuş əski əlifbanı sona qədər müdafiə etdi, tatar ziyalısı Qalımcan Şərəf hətta məclisin ağsaqqalı Səmədağa Ağamalıoğlunu məsələyə kəndlilərin münasibəti barədə Leninə yalan məlumat verməkdə ittiham elədi.
İclaslarda səslənən türkçü-milliyyətçi çıxışlar göstərdi ki, müxtəlif türk xalqlarının nümayəndələri öz dillərini, ədəbiyyatlarını, tarixlərini özləri yazmaq, yeni açılmış məktəblərdə tədrisi özləri aparmaq istəyirlər.
Tam oxu
Xəbəri oxu