Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 21 oktyabr, AZƏRTAC Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin verdiyi r
Media Təhlil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə ölkədə sənaye istehsalı həcmi 64,1 milyard manat olub.
Bu dövrdən sonrakı illərdə isə sənaye istehsalı həcmində davamlı olaraq hər il azalmalar müşahidə edilir.Son 5 ildə yanvar-sentyabr ayları üzrə ən az sənaye istehsalı həcmi kəskin fərqlə 2021-ci ildə 36,6 milyard manat olaraq qeydə alınıb ki, bu göstəricini “COVID-19” pandemiyasının mənfi təsiri ilə əlaqələndirmək olar.Cari ilin göstəricilərinə gəlincə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı həcmi ötən ilin eyni dövri ilə müqayisədə 1 faiz və ya 0,5 milyard manat azalaraq 47,3 milyard manat təşkil edib.
Ölkədə sənaye istehsalı sektorlarına ayrı-ayrılıqda nəzər yetirsək, son 5 ildə mədənçıxarma sektorunun sənaye istehsalında əsas sektor olduğunu görərik.
Lakin, mədənçıxarma sektorunda istehsal həcmi yanvar-sentyabr ayları üzrə son 4 ildə davamlı olaraq azalır.
Son olaraq, cari ilin ilk 9 ayında ölkədə mədənçıxarma sektoru üzrə sənaye istehsalı 28,8 milyard manat olub ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 5,9 faiz və ya 1,8 milyard manat azdır.Qeyd edək ki, son 5 ildə mədənçıxarma sektoru üzrə yeganə artım 2021-ci illə müqayisədə 113,2 faiz və ya 2,1 dəfə artımla 2022-ci ildə qeydə alınıb.Son 5 ildə emal sektoru üzrə sənaye istehsalında hər il davamlı olaraq artım qeydə alınıb.Son olaraq, cari ilin yanvar-sentyabr aylarında emal sektoru üzrə sənaye istehsalı həcmi 15,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün nəticəsindən 7,6 faiz və ya 1,1 milyard manat çoxdur.Son 5 ildə digər sektorlar üzrə də davamlı olaraq artım müşahidə edilir.
Cari ilin yanvar-sentyabr aylarında digər sektorlar üzrə sənaye istehsalı həcmi 3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz və ya 0,2 milyard çoxdur.
Emal sektorunun növləri üzrə sənaye istehsalı göstəricilərə baxsaq görərik ki, bu sektorda əsas pay neft və qida məhsulları istehsalına aiddir.