Icma.az
close
up
RU
Birinci yarımildə Azərbaycan sənaye istehsalı üzrə region dövlətlərini böyük fərqlə qabaqlayıb TƏHLİL

Birinci yarımildə Azərbaycan sənaye istehsalı üzrə region dövlətlərini böyük fərqlə qabaqlayıb TƏHLİL

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 oktyabr, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ilin yanvar-sentyabr ayları üzrə ən yüksək sənaye istehsalı həcmi 2022-ci ilə təsadüf edib.

Media Təhlil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə ölkədə sənaye istehsalı həcmi 64,1 milyard manat olub. Bu dövrdən sonrakı illərdə isə sənaye istehsalı həcmində davamlı olaraq hər il azalmalar müşahidə edilir.

Son 5 ildə yanvar-sentyabr ayları üzrə ən az sənaye istehsalı həcmi kəskin fərqlə 2021-ci ildə 36,6 milyard manat olaraq qeydə alınıb ki, bu göstəricini “COVID-19” pandemiyasının mənfi təsiri ilə əlaqələndirmək olar.

Cari ilin göstəricilərinə gəlincə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye istehsalı həcmi ötən ilin eyni dövri ilə müqayisədə 1 faiz və ya 0,5 milyard manat azalaraq 47,3 milyard manat təşkil edib.

Ölkədə sənaye istehsalı sektorlarına ayrı-ayrılıqda nəzər yetirsək, son 5 ildə mədənçıxarma sektorunun sənaye istehsalında əsas sektor olduğunu görərik.

Lakin, mədənçıxarma sektorunda istehsal həcmi yanvar-sentyabr ayları üzrə son 4 ildə davamlı olaraq azalır. Son olaraq, cari ilin ilk 9 ayında ölkədə mədənçıxarma sektoru üzrə sənaye istehsalı 28,8 milyard manat olub ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 5,9 faiz və ya 1,8 milyard manat azdır.

Qeyd edək ki, son 5 ildə mədənçıxarma sektoru üzrə yeganə artım 2021-ci illə müqayisədə 113,2 faiz və ya 2,1 dəfə artımla 2022-ci ildə qeydə alınıb.

Son 5 ildə emal sektoru üzrə sənaye istehsalında hər il davamlı olaraq artım qeydə alınıb.

Son olaraq, cari ilin yanvar-sentyabr aylarında emal sektoru üzrə sənaye istehsalı həcmi 15,5 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün nəticəsindən 7,6 faiz və ya 1,1 milyard manat çoxdur.

Son 5 ildə digər sektorlar üzrə də davamlı olaraq artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında digər sektorlar üzrə sənaye istehsalı həcmi 3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz və ya 0,2 milyard çoxdur.

Emal sektorunun növləri üzrə sənaye istehsalı göstəricilərə baxsaq görərik ki, bu sektorda əsas pay neft və qida məhsulları istehsalına aiddir.

Daha dəqiq desək, cari ilin ilk 9 ayında ölkədə 4,05 milyard manat həcmində neft məhsulları istehsal olunub ki, bu da ümumi emal sektorunun 26,1 faizini təşkil edir.

İstehsal olunan qida məhsullarının həcmi isə 3,8 milyard manat təşkil edib ki, bu da emal sektorunun 24,5 faizinə bərabərdir.

Növbəti üç sırada isə ardıcıl olaraq kimya sənayesi (1,23 milyard manat ), tikinti materiallarının istehsalı (1,04 milyard manat) və tütün məmulatlarının istehsalı (0,76 milyard manat) dayanır. Qalan 4,62 milyard manat isə digər məhsulların istehsalı həcmidir.

Cənubi Qafqaz ölkələrinin rəsmi internet ünvanlarından əldə olunan məlumatların müqayisəli təhlili göstərir ki, 2025-ci ilin ilk 6 ayında ən çox sənaye istehsalı edən ölkə Azərbaycan olub və ölkəmiz region dövlətlərini böyük fərqlə qabaqlayıb.

Rəsmi məlumatlara əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda sənaye istehsalının həcmi 18,37 milyard dollar olub. Bu göstərici Gürcüstanının sənaye istehsalı həcmində 4,5 dəfə, Ermənistanın sənaye istehsalı həcmindən isə 5,6 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin ilk 6 ayında Gürcüstanda sənaye istehsalının həcmi 4,04 milyard dollar, Ermənistanda isə 3,29 milyard dollar təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri