“Birləşmiş Ştatlar bu halda dağıla bilər...” Siyasi analitik | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Yenidən prezident seçilmiş siyasətçinin əsas məqsədi ilk növbədə ABŞ maraqlarını bütün ölkələrin maraqlarından üstün tutmaq, onun lazımsız xərclərinə son qoymaq, ölkənin 80-ci illərdə olan qüdrətini özünə qaytarmaqdır..." “Donald Trampın seçilməsi təkcə Rusiyanın yox, eyni ilə NATO ölkələrinin də xeyrinə deyil.
Çünki Tramp demokratlar tərəfindən üstündən xətt çəkilmiş ənənəvi amerikan proteksionizmini ölkəsinə qaytarmaq məqsədi güdür.
Özünün birinci prezidentliyi dövründə bu siyasi ənənəni ABŞ-yə qaytarmağa macal tapmadı və Avropa Birliyini və başqa ölkələri özünə düşmən etdi.
İndi isə onun üçün bu imkanlar yaranacaq, çünki Birləşmiş Ştatlar ənənəvi proteksionizminə qayıtmasa, ölkə dağıla bilər.
Bayden administrasiyasının ABŞ dövlətinə vurduğu zərbələrin qarşısını ala biləcək şəxsiyyət məhz Tramp ola bilər”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Birləşmiş Ştatlardakı son prezident seçkilərində qələbə qazanmış Donald Trampın ölkəsinə və dünyaya münasibətdə yürüdəcəyi siyasətin mahiyyətindən bəhs edən siyasi analitik Tahir Cəfərli dilə gətirib.
“Bəs, sizcə, Tramp əslində nə etmək istəyir?” sualını isə həmsöhbətimiz belə cavablandırıb: “Yenidən prezident seçilmiş siyasətçinin əsas məqsədi ilk növbədə ABŞ maraqlarını bütün ölkələrin maraqlarından üstün tutmaq, onun lazımsız xərclərinə son qoymaq, ölkənin 80-ci illərdə olan qüdrətini özünə qaytarmaqdır.
Tam oxu
Xəbəri oxu