Icma.az
close
up
RU
“Birləşmiş Ştatlar bu halda dağıla bilər...” Siyasi analitik

“Birləşmiş Ştatlar bu halda dağıla bilər...” Siyasi analitik

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yenidən prezident seçilmiş siyasətçinin əsas məqsədi ilk növbədə ABŞ maraqlarını bütün ölkələrin maraqlarından üstün tutmaq, onun lazımsız xərclərinə son qoymaq, ölkənin 80-ci illərdə olan qüdrətini özünə qaytarmaqdır..."

“Donald Trampın seçilməsi təkcə Rusiyanın yox, eyni ilə NATO ölkələrinin də xeyrinə deyil. Çünki Tramp demokratlar tərəfindən üstündən xətt çəkilmiş  ənənəvi amerikan proteksionizmini ölkəsinə  qaytarmaq məqsədi güdür. Özünün birinci prezidentliyi dövründə bu siyasi ənənəni  ABŞ-yə qaytarmağa macal tapmadı və Avropa Birliyini və başqa ölkələri özünə düşmən etdi. İndi isə onun üçün bu imkanlar yaranacaq, çünki Birləşmiş Ştatlar ənənəvi proteksionizminə qayıtmasa, ölkə dağıla bilər. Bayden administrasiyasının ABŞ dövlətinə vurduğu  zərbələrin qarşısını ala biləcək şəxsiyyət  məhz Tramp ola bilər”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Birləşmiş Ştatlardakı son prezident seçkilərində qələbə qazanmış Donald Trampın ölkəsinə və dünyaya münasibətdə yürüdəcəyi siyasətin mahiyyətindən bəhs edən siyasi analitik Tahir Cəfərli dilə gətirib.

“Bəs, sizcə, Tramp əslində nə etmək istəyir?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

“Yenidən prezident seçilmiş siyasətçinin əsas məqsədi ilk növbədə ABŞ maraqlarını bütün ölkələrin maraqlarından üstün tutmaq, onun lazımsız xərclərinə son qoymaq, ölkənin 80-ci illərdə olan qüdrətini özünə qaytarmaqdır. Bunun üçün isə yalnız  proteksionist siyasətindən istifadə edib, Amerikanın iqtisadi nəhənglərini işə salmaq və ölkəni yüksəklərə qaldırmaq lazımdır. Proteksionizm yalnız ABŞ-ın inkişafını düşünmək, demokratların başlatdığı lazımsız müharibələrə, dövlət çevrilişlərinə, iqtisadi savaşlara dövlətin maraqları əsasında son qoymaqdır. Belə alınır ki, Tramp sülh tərəfdarıdır və ABŞ demokratlarının müharibələrə ayırdığı pulları öz xalqına, öz ölkəsinin iqtisadi dirçəlişinə xərcləmək istəyir. Müharibə tərəfdarları Trampın düşmənləridir...”

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri