“Bitcoin” yenidən ucuzlaşdı

16.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti üzrə eniş qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 2,42% ucuzlaşaraq 75 830,10 ABŞ dollarına enib.

“Ethereum”un dəyəri 3,91% azalaraq 2 401,83 dollara, BNB 0,95% geriləyərək 714,49 dollara, “Zcash”ın dəyəri 0,91% azalaraq 1 135 dollara düşüb. “Monero” 1,06%, “Bitcoin Cash” 1,04%, “Bittensor” isə 5,49% dəyər itirib.

Qızıl əsaslı kriptovalyutalarda isə qarışıq dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) son sutkada 0,51% bahalaşaraq 4 327,59 dollara, “Tether Gold” (XAUT) isə 0,46% artaraq 4 322,32 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi 2,90% azalaraq 156,27 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,52 trln. dollar səviyyəsindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью