“Bitcoin” yenidən ucuzlaşdı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti üzrə eniş qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 2,42% ucuzlaşaraq 75 830,10 ABŞ dollarına enib.
“Ethereum”un dəyəri 3,91% azalaraq 2 401,83 dollara, BNB 0,95% geriləyərək 714,49 dollara, “Zcash”ın dəyəri 0,91% azalaraq 1 135 dollara düşüb. “Monero” 1,06%, “Bitcoin Cash” 1,04%, “Bittensor” isə 5,49% dəyər itirib.
Qızıl əsaslı kriptovalyutalarda isə qarışıq dinamika müşahidə olunub. “PAX Gold” (PAXG) son sutkada 0,51% bahalaşaraq 4 327,59 dollara, “Tether Gold” (XAUT) isə 0,46% artaraq 4 322,32 dollara yüksəlib.
“CoinMarketCap 20” indeksi 2,90% azalaraq 156,27 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,52 trln. dollar səviyyəsindədir.
Baxış sayı:76
Bu xəbər 16 Sentyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















