“Bitcoin”in dəyəri 100 min dollara yaxınlaşır Daha da bahalaşacaq

14.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin”in bazar dəyəri bu gün 93 min dollara çatıb. Bir qədər ucuzlaşmadan sonra “Bitcoin” 91 min dollara satılsa da qiymətlərin yenidən artması ehtimalı güclüdür.

Sfera.az birja məlumatlarına istinadən xəbər verir ki, “Bitcoin” son 10 gündə sürətlə dəyər qazanır. On gün əvvəl dəyəri 67,5 min dollar idi və ötən müddətdə bu kriptovalyuta 25 min dollar bahalaşıb.

“Bitcoin”in bahalaşması ona investisiya edilən vəsaitlərin də həcmini artırır. Bu günə olan məlumata əsasən, ümumi investisiyanın həcmi 1,8 trilyon dolları ötüb. Əgər “Bitcoin”in qiyməti 100 min dolları ötərsə, ümumi investisiyların həcmi 2 trilyon dolları keçəcək.

Ekspert qiymətləndirməsinə görə “Bitcoin”in dəyərinin 100 min dollar olması ehtimalı yüksəkdir.

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью