“Bitcoin”in dəyəri 100 min dollara yaxınlaşır Daha da bahalaşacaq
Icma.az bildirir, Sfera.az portalına istinadən.
Dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin”in bazar dəyəri bu gün 93 min dollara çatıb. Bir qədər ucuzlaşmadan sonra “Bitcoin” 91 min dollara satılsa da qiymətlərin yenidən artması ehtimalı güclüdür.
Sfera.az birja məlumatlarına istinadən xəbər verir ki, “Bitcoin” son 10 gündə sürətlə dəyər qazanır. On gün əvvəl dəyəri 67,5 min dollar idi və ötən müddətdə bu kriptovalyuta 25 min dollar bahalaşıb.
“Bitcoin”in bahalaşması ona investisiya edilən vəsaitlərin də həcmini artırır. Bu günə olan məlumata əsasən, ümumi investisiyanın həcmi 1,8 trilyon dolları ötüb. Əgər “Bitcoin”in qiyməti 100 min dolları ötərsə, ümumi investisiyların həcmi 2 trilyon dolları keçəcək.
Ekspert qiymətləndirməsinə görə “Bitcoin”in dəyərinin 100 min dollar olması ehtimalı yüksəkdir.
Vasif
Baxış sayı:142
Bu xəbər 14 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















