Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır. Ölkədə davamlı olaraq müxtəlif kommunal xidmətlərlə bağlı problemlərin şahidi olu
Demək olar ki, hər gün paytaxtın hansısa bir ərasizində suyun, yaxud təbii qazın olmayacağı ilə bağlı xəbərdarlıq edilir.Nəticədə isə sakinl
Maraq doğuran odur ki, kommunal xidmətlərin qiymətlərində istənilən zaman artım müşahidə edilir.
Ancaq qaz, su olmadıqda sakinlərin gündəlik dolanışığını necə təmin edəcəkləri müvafiq qurumları heç düşündürmür.
Yeni tikilən binaların sakinləri su olmadıqda anbarlardan istifadə etsə də, köhnə binalarda çənlərin istifadəsi qadağan edildiyi üçün sakinlər bu imkandan da yararlana bilmir.Ancaq bir sıra xarici ölkələrdə kommunal xidmətlərlə bağlı belə problemlər yarandığı zaman müvafiq qurumlar alternativ variantlar təqdim edirlər.Ölkəmizdə müxtəlif kommunal xidmətlərə niyə alternativ variantlar təqdim edilmir?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Cebheinfo.az”a bildirib ki, hələ bir neçə il öncə Bakıya Oğuzdan gələn suyun monitorinqini aparıblar: “Orada ilkin olaraq bu kəmər haqqında məlumat verəndə yazılmışdı ki, həmin kəmərin reallaşdırılması nəticəsində Bakı və ətraf rayonlar, yəni Abşeron 24 saat fasiləsiz su ilə təmin olunacaq.
Bu öhdəlik yerinə yetirilmədi. Bunun müəyyən səbəbləri var. Birincisi, o suyu əhaliyə çatdıra bilmədilər. Hətta dedilər su zavodu tikiləcək.
Yəni nəzarət olmadı yaxud da önəm verilmədi və su Abşeronu tam təmin eləmədi. Görünən odur ki, yaxşı idarəetmə, nəzarət olmayıb.