Icma.az
close
up
RU
Bitməyən kommunal problemlər: Niyə əhali əziyyət çəkməlidir?

Bitməyən kommunal problemlər: Niyə əhali əziyyət çəkməlidir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkədə davamlı olaraq müxtəlif kommunal xidmətlərlə bağlı problemlərin şahidi oluruq. 

Demək olar ki, hər gün paytaxtın hansısa bir ərasizində suyun, yaxud təbii qazın olmayacağı ilə bağlı xəbərdarlıq edilir.Nəticədə isə sakinlər günün əksər hissəsini kommunal xidmətlərdən yararlana bilmirlər. 

Maraq doğuran odur ki, kommunal xidmətlərin qiymətlərində istənilən zaman artım müşahidə edilir. Ancaq qaz, su olmadıqda sakinlərin  gündəlik dolanışığını necə təmin edəcəkləri müvafiq qurumları heç düşündürmür.  

Yeni tikilən binaların sakinləri su olmadıqda anbarlardan istifadə etsə də, köhnə binalarda çənlərin istifadəsi qadağan edildiyi üçün sakinlər bu imkandan da yararlana bilmir.Ancaq bir sıra xarici ölkələrdə kommunal xidmətlərlə bağlı belə problemlər yarandığı zaman müvafiq qurumlar alternativ variantlar təqdim edirlər.Ölkəmizdə müxtəlif kommunal xidmətlərə niyə alternativ variantlar təqdim edilmir? 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı “Cebheinfo.az”a bildirib ki, hələ bir neçə il öncə Bakıya Oğuzdan gələn suyun monitorinqini aparıblar:

“Orada ilkin olaraq bu kəmər haqqında məlumat verəndə yazılmışdı ki, həmin kəmərin reallaşdırılması nəticəsində Bakı və ətraf rayonlar, yəni Abşeron 24 saat fasiləsiz su ilə təmin olunacaq. Bu öhdəlik yerinə yetirilmədi. 

Bunun müəyyən səbəbləri var. Birincisi, o suyu əhaliyə çatdıra bilmədilər. Hətta dedilər su zavodu tikiləcək. Yəni nəzarət olmadı yaxud da önəm verilmədi və su Abşeronu tam təmin eləmədi. 

Görünən odur ki, yaxşı idarəetmə, nəzarət olmayıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq. Həm də alternativ kəmər də nəzərdə tutulmamışdı. Yəni Bakıya başqa ərazilərdən də su çəkilə bilərdi.

Ona görə ki, dağlıq ərazidən keçən su quyuları düzgün qazılmadı. Bundan başqa müqaviləni götürüb oxuduqda burada qurum vətəndaşa söz verir ki, “gün ərzində keyfiyyətli su ilə təmin olunacaqsız”. 

Vətəndaşın da bunun müqabilində öhdəliyi var ki, işlətdiyi suya görə ödəniş etsin. Qurumların məsuliyyətliliyi var. Yəni müqavilə şərtlərini yerinə yetirmirlər. Bu qaz təminatına da aiddir.

Mənə şəkillər göndərirlər və qaz kəmərlərinin keyfiyyətsiz olması, yeniləri ilə əvəz edilməməsi, nəzarətin olunmaması kimi "Azəriqaz" İstahsalat Birliyi ilə bağlı faktlar ortaya qoyuram. “Azəriqaz”la bağlanan müqavilədə də öhdəlik öz əksini tapıb. 

Onlar öhdəliyi yerinə yetirməməsi ilə bağlı istehlakçı bu qurumları məhkəməyə də verə bilər. Çünki yaranmış problemlə vətəndaşa ziyan dəyib. Yəni aylıq normanı təmin edə bilmir. Eləcə də onlar hökumət qarşısında cavab verməlidir ki, niyə əhali bu qədər əziyyət çəkməlidir?

Tez-tez eşidirik ki, qazlaşdırma artıb. Ümumiyyətlə, müvafiq qurumların məsuliyyətsizliyi, öhdəliyi yerinə yetirməməsini görürük.
Alternativ təkliflər təqdim etmirlər. Hər gün eşidirik ki, qaz, su kəsilib. Niyə? Müvafiq qurumlar bu problemlə bağlı məsuliyyətə cəlb olunmalıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: kommunal problemlər əhali Mirvari Qəhrəmanlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri