Icma.az, Modern.az portalına istinadən məlumat yayır. İlyas İsmayılovun haqqa qovuşmasından sonra Ədalət Partiyasında kimin sədr seçiləcəyi
Problemin Qurultayda həllini təklif edənlərlə yanaşı, bunun əleyhinə çıxanlar da var.
Baş verənlərlə bağlı Ədalət Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Mütəllim Rəhimli Modern.az-ın sullarına cavab verib.
- Ədalət Partiyasının Qurultayının mayın 17-də keçirləcəyi barədə məlumatlar yayılıb. Qurultaya hazırlıq necə gedir?
- Bizim qurultayın keçirilməsinin 4 ili martın 14-də tamam olub.
Ədalət Partiyasının Nizamnaməsinin 5.1-ci maddəsinə əsasən, partiyanın ali orqanı dörd ildən bir çağırılan Qurultaydır.
Əgər Nizamnamə tələbləri pozularsa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, partiyanın hüquqi statusu təhlükə altına düşmüş olar.
Buna görə də Nizamnamə tələbini əsas götürərək partiyanın Siyasi Şurası Qurultayın keçirilməsi ilə bağlı lazımi prosedurlara başlamaq barədə qərar verdi.