Icma.az
close
up
RU
Biz açar davası aparmırıq, hədəfimiz partiyanı yaşatmaqdır MÜSAHİBƏ

Biz açar davası aparmırıq, hədəfimiz partiyanı yaşatmaqdır MÜSAHİBƏ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İlyas İsmayılovun haqqa qovuşmasından sonra Ədalət Partiyasında kimin sədr seçiləcəyi ilə bağlı müzakirələr fikir ayrılıqlarına qədər gətirib çıxarıb. Problemin  Qurultayda həllini təklif edənlərlə yanaşı, bunun əleyhinə çıxanlar da var. Baş verənlərlə bağlı Ədalət Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Mütəllim Rəhimli Modern.az-ın sullarına cavab verib.
 

- Ədalət Partiyasının Qurultayının mayın 17-də keçirləcəyi barədə məlumatlar yayılıb. Qurultaya hazırlıq necə gedir?

- Bizim qurultayın keçirilməsinin 4 ili martın 14-də tamam olub. Ədalət Partiyasının Nizamnaməsinin 5.1-ci maddəsinə əsasən, partiyanın ali orqanı dörd ildən bir çağırılan Qurultaydır. Əgər Nizamnamə tələbləri pozularsa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, partiyanın hüquqi statusu təhlükə altına düşmüş olar. Buna görə də Nizamnamə tələbini əsas götürərək partiyanın Siyasi Şurası Qurultayın keçirilməsi ilə bağlı lazımi prosedurlara başlamaq barədə qərar verdi. Siyasi Şuranın 11 nəfər üzvündən 7-si iclasa qatılmışdı və qərar yekdilliklə qəbul olundu. Onu da deyim ki, partiyanın rəhbərliyində təmsil olunan bəzi şəxslər Qurultayın çağırılmasını istəmirdilər və çalışırdılar ki, müvafiq strukturların iclaslarının kvorumu alınmasın. Bütün pozucu cəhdlərə baxmayaraq Siyasi Şurasının qərarına əsasən, aprelin 19-da Ali Məclisinin növbəti iclası keçirildi. İclasda Ali Məclis üzvlərinin 86 faizi (56 Rayon Təşkilatından 50 nəfər və qurultayda seçilmiş üzvlərdən 6 nəfər) iştirak edərək, Ədalət Partiyasının IX Qurultayının mayın 17-də keçirilməsi barədə yekdilliklə qərar qəbul etdi.

Daha sonra Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Artıq Təşkilat Komitəsi ilk iclasını keçirib və fəaliyyət qrafikinin hazırlanması üçün işlərə başlayıb.


- Partiyada narazı qrupların olduğu bildirilir. Onlar nədən narazıdırlar və nə istəyirlər? Ədalət Partiyasında parçalanma ola bilərmi?


- Partiya dinamik bir qurumdur. Onun sıralarını tərk edənlər də olur, yeni üzvlər də qəbul edilir. Biz uzun bir yol gedirik. Təəssüf ki, müxtəlif səbəblərdən hər kəs bu yolu sonuna qədər gedə bilmir. Bəzən təxribatlara, bəzən isə yalançı və şirnikləndirici vədlərə aldananlar olur, bəzən isə proseslərin inkişaf dinamikasının nəbzini düzgün tutmayanlar özləri ilə bərabər, ona rəğbət bəsləyənləri də uçuruma yuvarlayır. Nəticədə belə şəxslər zaman-zaman partiya sıralarını tərk edir və yaxud uzaqlaşdırılırlar. Ancaq biz istərdik ki, Ədalət Partiyasının qurulmasında, inkişafında kiçik zəhməti olan və həyatının hansısa mərhələsində siyasi taleyini bu partiyaya bağlamış istənilən üzvümüzü itirməyək, onu qoruyaq.

Bəli, etiraf etmək lazımdır ki, partiya daxilində narazı olan şəxslər var. Onların təkliflərini ümumiləşdirsək, belə ifadə etmək olar ki, əvvəlcə öz aralarında sədr seçsinlər və daha sonra bunu Qurultaya daşısınlar. Bu isə üzvlərin iradəsinə hörmətsizlik və Qurultayın formal xarakter daşıması deməkdir. Ona görə də həmin şəxslər Qurultayın keçirilməsinin əleyinədirlər. Buna baxmayaraq, biz onların irəli sürdükləri bütün təklifləri dinləməyə və dəyərləndirməyə çalışırıq. Partiya daxilində bəzi şəxslər bildirirlər ki, onlar Nizamnamə tələblərinə əməl etmədiklərinə - səlahiyyətlərini yerinə yetirmədiklərinə və ya pozuculuq fəaliyyətlərinə görə cəzalandırılmalıdırlar. Lakin düşünürəm ki, onlar bu partiyada müəyyən qədər əziyyət çəkmiş insanlardlr və onların əməyinə dəyər vermək lazımdır. Mərhum sədrimiz İlyas İsmayılov da deyirdi ki, insanın bir səhvinə görə ona qiymət vermək olmaz. Ona görə də hər kəsin səhv etmək imkanını nəzərə alaraq, ədalətli münasibət sərgiləməli və onları dialoqa çağırmalıyıq. Biz bütün təkliflərin müzakirəyə çıxarılmasını və partiya üzvləri tərəfindən qiymətləndirilməsini təmin etməyin tərəfdarıyıq. Belə bir məkan və qurum isə Qurultaydır. Ona görə də fikir ayrılıqlarını mediaya daşımamalı, şəxsi münasibətlərin gərginləşməsinə imkan verməməliyik. Hər kəs partiyanın Nizamnaməsinə əməl etməlidir. Zatən Ədalət Partiyasının üzvünə də bu yaraşır. Əks halda Mərkəzi Nəzarət Təftiş Komissiyası mübahisəli məsələlərə müdaxilə edərək, nizamnamə tələblərinin yerinə yetirilməsi üçün qərar vermək məcburiyyətində qala bilər.
 

- Mətbuatda belə bir informasiya yayıldı ki, Ali Məclisin iclası keçirilən gün partiyanın ofisinin kilidi dəyişdirilib və siz iclası foyedə ayaq üstə keçirməli olmusunuz. Ofisin qapısını kim bağlamışdı və bununla bağlı məsələ hazırda nə yerdədi?
 

- Bəli, çox təəssüf ki, belə hadisə baş verdi. Bizim milli dəyərlərimiz hətta düşmənin də üzünə qapını bağlamağı qadağan edir. Ona görə də bu hərəkətə heç cür bəraət qazandırmaq mümkün deyil. Lakin bizim mübarizəmiz açar, möhür, yaxud ofis davası deyil. Bizim hədəfimiz partiyanın ideologiyasına, onun siyasi kursuna sadiqlik nümayiş etdirmək, onu cəmiyyətin ən müxtəlif qatlarına çatdırmaq, partiyanı inkişaf etdirməkdir. Bunun üçün nəinki qapımız, bacamız, hətta ürəyimizin qapıları da hər bir üzvümüzə açıqdır.


- Belə bir məlumat yayıldı ki, Ali Məclisin iclasının qərarına partiya sədrini əvəz edən şəxs veto qoyub. Bu Nizamnaməyə nə qədər uyğundur və onu necə həll etməyi düşünürsüz?


- Ədalət Partiyasının Nizamnaməsində sədrin Ali Məclisin iclasının qərarına veto qoymaq hüququ var. Lakin bu əsaslandırılmalıdır. Biz bununla bağlı sədr səlahiyyətlərini həyata keçirən Meydan bəyin “qərarı”nı oxuduq və təhlil etdik. Orada göstərir ki, bəzi Siyasi Şura üzvləri, Ali Məclisin sədri və müavini iclasda iştirak etmədiyinə görə qərara veto qoyur. Əvvəla, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı tələb olunmur. Siyasi Şura icra orqanıdır, onun üzvlərinin qərarverici orqan olan Ali Məclisin iclasına heç bir aidiyyəti yoxdur. Ali Məclisin sədr və müavini, həqiqətən də, iclasa qatılmayıb. Ali Məclisin sədri o özüdür və bunu da bilərəkdən edib. Bu isə pozuculuq fəaliyyətidir, əsas deyil. İndi 65 nəfər Ali Məclis üzvündən 56 nəfər oturub Meydan bəyi gözləməlidir ki, nə vaxt daşı ətəyindən töküb iclasa qatılacaq! Həm də qeyd etdiyim kimi, iclasda Ali Məclis üzvlərinin 86 faizi iştirak edib və qərarlar yekdilliklə qəbul olunub. Ona görə də partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin bu “qərarı” dəyərləndirməsi və müvafiq qərar verməsi lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri