Biz artıq buna reaksiya vermirik! | Icma.az
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə zamanı jurnalistin “Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir” sualına cavab olaraq bildirib.
Və bu fikrə jurnalistin münasibəti də maraq doğuracaq dərəcədə olub: olduqca diplomatik cavabdır.
Dövlətimizin başçısı: Bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik.
Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.
Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq.
Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.
Tam oxu
Xəbəri oxu