Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Biz artıq buna reaksiya vermirik!

Biz artıq buna reaksiya vermirik!

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə zamanı jurnalistin “Azərbaycanın Avropa Parlamenti tərəfindən daimi tənqidinə münasibətiniz və reaksiyanız necədir” sualına cavab olaraq bildirib. Və bu fikrə jurnalistin münasibəti də maraq doğuracaq dərəcədə olub: olduqca diplomatik cavabdır.

Dövlətimizin başçısı: Bəli, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.

Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.

Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.

Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.

Dövlət başçısının bu qısa və cəsarətli cavabı hər bir azərbaycanlının ürəyincə oldu. Çünki xalqın 30 ildə qarşılaşdığı ədalətsizliklərə göz yuman bir qurum haqqında söylənən fikirlər ümumilikdə xalqın gəldiyi qənaətdir.

Hər birimiz şahidik ki, 30 il ərzində Azərbaycanın Ermənistana qarşı təcavüzkar obrazı yaradıldı. Avropa Parlamenti nə Azərbaycan həqiqətlərinə inandı, nə də dövlətimizin başçısının çoxsaylı cəhdləri, analizləri qarşısında inanmağa çalışdı. Bu qurumun gözünü Ermənistan necə, hansı vasitə ilə bağladısa, yalnız Ermənistan, onun hüquq və azadlığı, onun vətəndaşlarının ədaləti, haqqı deyərək 30 il ərzində onların yanında oldu. Bu gün də onlarladır.

44 günlük müharibə, müharibədən 3 il sonra, 2023-cü ilin sentyabrında Xankəndidə birgünlük lokal xarakterli antiterror əməliyyatı zamanı görünən Azərbaycan humanizmi və ədaləti də bu qurumun Ermənistan sevdasına əsla təsir edə bilmədi. Bütün dünya Azərbaycanın müharibə meydanında gücünü gördü, Azərbaycandan söhbət açdı, Azərbaycanın haqlı olduğuna şahid oldu, lakin Avropa Parlamenti hələ də öz iddialarında qaldı.

2020-ci ildə Böyük Zəfərdən sonra, noyabrın 10-da ağ bayraq qaldıraraq təslim olduqlarını bildirən ermənilərə Laçın, Kəlbəcər və Ağdamı tərk etmələri üçün verilən vaxtla, 2023-cü ildə Xankəndi, Xocalı, Xovavənd və Ağdərənin düşməndən alınmasından sonra bu ərazilərimizdə vaxtilə yerləşdirilən ermənilərin burada müəyyən hüquq çərçivəsində yaşaya biləcəyini bəyan etməklə dövlətimizin humanistliyinə dünya şahid oldu.

Lakin bütün bu hadisələrin fonunda ədalətin kimin tərəfində olduğunu yenə də Avropa Parlamenti müəyyən etmək istəmədi. Müharibədən sonra dünyanın müxtəlif ölkələrindən Qarabağa və Şərqi Zəngəzura səfər edən nümayəndə heyətləri ermənilərin Azərbaycan torpaqlarına tutduğu divanı görsələr də, daşı daş üstündə qalmayan şəhər və kəndlərimizin fotolarını çəkib paylaşsalar da, ekoloji talançılığı öz gözləri ilə görüb dünya mediasında işıqlandırsalar da, lakin təəssüf ki, Avropa Parlamenti təcavüzkarın kim olduğuna bu dəfə də qərar verə bilmədi.

Dövlətimizin başçısının Davosda jurnalistin Avropa Parlamenti ilə bağlı sualına qısaca olaraq “Biz artıq buna reaksiya vermirik” söyləməsi bu qurumun ədalətsiz fəaliyyətinə ümumilikdə 30 illik bir baxışla lakonik yanaşma oldu. Çünki bu quruma qarşı dövlətimizin rəhbərinin hörmət, sayğı nümayiş etdirməsinin, onları ədalətə çağırmasının, buna ümid etməsinin uzun illər şahidi olmuşuq. Bütün bunlara baxmayaraq Azərbaycan həqiqətlərinə inanmaq istəməyən bir qurum yalnız bunu haqq edir: Biz artıq buna reaksiya vermirik!

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri