Biz Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır Hansı jurnalistlər 20 Yanvarı ermənilərin…
Icma.az, Kulis.az saytına istinadən bildirir. Kulis.az Ləman Əsədlinin “Qara Yanvar”ın şahidi Reza Deqati" yazısını təqdim edir.
1990-cı il 20 yanvar tarixində Sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və türk əsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində “Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.
Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 20 yanvarda bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollar ilə Bakıya üz tutur.
Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskvada baş tutacaq baleti çəkmək adı altında həmkarları ilə birlikdə Sovet vizası alaraq Moskvaya gedirlər.
Moskvada “Rossiya Otel”də onunla birlikdə bir sıra xarici media nümayəndələri də var idi və onlar da Bakıdakı hadisəni eşidib nə baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər.
“Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi.
Lakin Sovet hökumətinin qırğın törətdiyi zaman jurnalistləri Bakıya aparması inandırıcı deyildi.
Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə idi.
Tam oxu
Xəbəri oxu