Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Biz Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi işıqlandırdılar?

Biz Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır Hansı jurnalistlər 20 Yanvarı ermənilərin faciəsi kimi işıqlandırdılar?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Ləman Əsədlinin “Qara Yanvar”ın şahidi Reza Deqati" yazısını təqdim edir.

1990-cı il 20 yanvar tarixində Sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan məşhur fotojurnalist Reza Deqati və türk əsilli Fransa vətəndaşı videoqraf dostunun çəkdiyi fotolar və videolar sayəsində “Qara Yanvar” bir sirr deyil və dünya mülki əhaliyə qarşı törədilmiş qırğından xəbərdardır.

Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, Reza Deqati 20 yanvarda bu qətliamdan xəbər tutan kimi Parisdən keşməkeşli yollar ilə Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskvada baş tutacaq baleti çəkmək adı altında həmkarları ilə birlikdə Sovet vizası alaraq Moskvaya gedirlər. Moskvada “Rossiya Otel”də onunla birlikdə bir sıra xarici media nümayəndələri də var idi və onlar da Bakıdakı hadisəni eşidib nə baş verdiyi ilə bağlı xəbər hazırlamaq istəyirdilər.

“Həmin vaxt Moskvada bir nəfər dövlət nümayəndəsi jurnalistlərə onları sabah Bakıya aparacağını bildirdi. Lakin Sovet hökumətinin qırğın törətdiyi zaman jurnalistləri Bakıya aparması inandırıcı deyildi. Bunu Moskvadakı Azərbaycan nümayəndəliyinə bildirdim və onlar da mənimlə eyni fikirdə idi.

Daha sonra Sovet hökumətinin söz verdiyi jurnalistlərin xəbəri yayıldı ki, həmin təyyarə Bakıya eniş edə bilmir bəhanəsi ilə İrəvan Hava Limanına aparılıb və bu vaxt bir neçə erməni qadın “Biz Bakıdan gəlmişik, azərbaycanlılar bizi qırır” kimi ifadələrlə fəryad ediblər. Hava limanındakı jurnalistlər də buna inanaraq 20 Yanvarı azərbaycanlıların deyil, ermənilərin faciəsi kimi işıqlandırıblar.”

Reza Deqati.

Jurnalistlərin girişi qadağan olunduğu üçün Reza Deqati, Şirin Məlikova və videoqraf dostu azərbaycanlı tanışlarının köməyi sayəsində Bakıya yola düşürlər. Qatarda gizlənərək, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətlərdən qaçınaraq 48 saatlıq yol gəlirlər. Qatarda ilk işi isə “Ya po ruski ne znayu” (Mən rusca bilmirəm) və “Ya Azerbaycanets” (Mən azərbaycanlıyam) kimi bəzi rusca cümlələr öyrənmək idi. Çünki Rus dili bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu artıq son demək idi. Ona görə də yoxlanışa gələn nəzarətçilərə vodka hədiyyə verirdilər ki, yoxlanış keçirməsinlər.
Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya Müharibəsi filmindən bir səhnəyə bənzədirdi.


“48 saatlıq yoldan sonra qatar Bakı stansiyasına daxil olduğu zaman, axşam vaxtları, komendant saatından yarım saat əvvəl, biz platforma üzərində düzülmüş, silahlı, papaqlı, uzun paltolu Sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya Müharibəsi haqqında filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib.”

Reza Deqati

Qatar Bakıya çatdığı vaxtda artıq Bakıda komendant saatına az qalmışdı və vağzalda çox sayda Sovet əsgərləri hər kəsi yoxlayırdı. Özlərini Reza Deqatinin və onun dostunun nişanlısı kimi təqdim edən, əllərində güllər ilə onları qarşılayan iki xanımın köməyi ilə yoxlanış olmadan vağzaldan çıxırlar. Xanımlardan biri daha sonra Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olmuş Eleonora Hüseynova idi.


Yanvarın 24-də onu aralarında YUNESKO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovun da olduğu dostları Bakıda qarşılayır və Sovet əsgərlərinin dinc nümayişçiləri güllələməkləri, Sovet tanklarının maşınların və mülki vətəndaşların üstündən keçməyi, uşaq, qadın, yaşlı demədən, silahsız insanları necə qətlə yetirdikləri barədə məlumat verirlər.
Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, Sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində saxta Azərbaycan pasportu ilə Reza Deqati öz həyatını təhlükəyə ataraq fotoaparatı ilə gizli şəkildə, xəstəxanalara, morqlara gedərək, fərqli aspektlərdən, maşının içindən, binaların pəncərələrindən gördüyü mənzərələrin fotoşəkillərini çəkmişdir.


“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə, gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik.”

Reza Deqati


Qara Yanvar şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbrlərin üzəri qırmızı qərənfillər və qara paltarlar ilə örtülmüş şəhər parkına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hərkəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.


“Hər şeydən əvvəl xatırladığım yalnız qırmızı və qara idi”
Reza Deqati.

Ordu helikopteri izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə, artıq Reza bu “qırmızı və qara”-dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbi ilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza, sonradan dostlarının köməyi ilə onları əldə edir və ordan da Parisə gedir.

Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri və dostunun lentə aldığı videoları yayımlayaraq Bakıdakı hadisələr barədə danışdı, onlarla radio stansiyaları 20 Yanvar faciəsi barədə məlumat yaydı. Bundan əlavə, Reza Deqatinin o zaman fəaliyyət göstərdiyi Sipa Press foto agentliyi, onun çəkdiyi bu fotoları 20 mindən çox media qurumuna göndərdi. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız “Qara Yanvar” nəinki unudulmur, bütün dünya mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.

Bundan əlavə, Reza Deqatinin 20-ci əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq xalqımıza qarşı törədilmiş qırğınlardan bəhs edən, 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabı "Qara Yanvar" haqqında dünya miqyasında çap olunmuş mühüm və dərin əhatəli yeganə nəşrdir.

Kitabda 1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il 26 Fevralda Xocalıda törədilən soyqırımı zamanı fotomüxbirin çəkdiyi fotolar, həmçinin, dünyanın müxtəlif ölkələrində qanlı tariximizin tanıdılması ilə bağlı keçirilən tədbirlər, qaçqın və məcburi köçkün ailələrinin həyatını əks etdirən fotoşəkillər də yer alıb.

Əcaba, bir tank nə görür yuxusunda? - Orxan Vəli Kanıkın şeirləri Ufuk Özkan xəstəxanaya yerləşdirildi AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi - Tam siyahı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Yanvar 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri