Biz bundan heç narahat deyilik! Putin qalmaqallı məsələyə reaksiya verdi | Icma.az
Icma.az, GlobalInfo saytına istinadən bildirir. Rusiya Prezidenti Vladimir Putin Qrenlandiya ətrafında baş verən proseslərin Moskvanı naraha
Globalinfo.az xəbər verir ki, o, bu fikirləri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən brifinqdə səsləndirib.
“Qrenlandiya ilə bağlı baş verənlər bizi heç narahat etmir”, – deyə Putin vurğulayıb.
Rusiya lideri əlavə edib ki, Moskvanın ABŞ ilə oxşar məsələlərin həlli sahəsində təcrübəsi mövcuddur.
O, XIX əsrdə Rusiyanın Alyaskanı ABŞ-a 7,2 milyon dollara satdığını xatırladaraq, bu nümunəyə əsasən Qrenlandiyanın dəyərini 250 milyon dollar olaraq qiymətləndirib.
Xatırladaq ki, yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planlarını açıqlayıb.
Bu bəyanat adanın və Danimarka hakimiyyətinin, eləcə də bir sıra Avropa İttifaqı ölkələrinin etirazına səbəb olub.
Tahir Turan Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu