Biz bundan heç narahat deyilik! Putin qalmaqallı məsələyə reaksiya verdi
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin Qrenlandiya ətrafında baş verən proseslərin Moskvanı narahat etmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu fikirləri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən brifinqdə səsləndirib.
“Qrenlandiya ilə bağlı baş verənlər bizi heç narahat etmir”, – deyə Putin vurğulayıb.
Rusiya lideri əlavə edib ki, Moskvanın ABŞ ilə oxşar məsələlərin həlli sahəsində təcrübəsi mövcuddur. O, XIX əsrdə Rusiyanın Alyaskanı ABŞ-a 7,2 milyon dollara satdığını xatırladaraq, bu nümunəyə əsasən Qrenlandiyanın dəyərini 250 milyon dollar olaraq qiymətləndirib.
Xatırladaq ki, yanvarın 5-də ABŞ Prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planlarını açıqlayıb. Bu bəyanat adanın və Danimarka hakimiyyətinin, eləcə də bir sıra Avropa İttifaqı ölkələrinin etirazına səbəb olub.
Tahir Turan
Globalinfo.az
Baxış sayı:74
Bu xəbər 22 Yanvar 2026 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















