Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: – Məğlubiyyətin və qol vura bilməməyinizin səbəbi nədir?
– Qol vurmaq üçün hər iki hissədə bir neçə epizodlarımız oldu. Əfsuslar olsun ki, qapıya düşə bilmədik.
Bu o anlama gəlmir ki, həmin epizodlardan yararlansaydıq, heç-heçə edəcəkdik və ya qələbə qazanacaqdıq.
Çünki rəqibin də bizdən daha çox fürsətləri oldu. Əsas məsələ qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir.
Matça başlayanda artıq çoxlu rotasiyalara əl atmışdıq. Çünki kuboku düşünürdük. Mən bura gələndən davam edən zədə problemləri var.
Oyuna yaxşı başlamışdıq, nizam-intizamı qoruyurduq. Çalışırdıq hücumlara keçək.