Icma.az
close
up
RU
Biz də istəyirik ki, bu cür şeylərə son qoyaq Samir Abasov

Biz də istəyirik ki, bu cür şeylərə son qoyaq Samir Abasov

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 31-ci turunda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

– Məğlubiyyətin və qol vura bilməməyinizin səbəbi nədir? 

– Qol vurmaq üçün hər iki hissədə bir neçə epizodlarımız oldu. Əfsuslar olsun ki, qapıya düşə bilmədik. Bu o anlama gəlmir ki, həmin epizodlardan yararlansaydıq, heç-heçə edəcəkdik və ya qələbə qazanacaqdıq. Çünki rəqibin də bizdən daha çox fürsətləri oldu. Əsas məsələ qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir. Matça başlayanda artıq çoxlu rotasiyalara əl atmışdıq. Çünki kuboku düşünürdük. Mən bura gələndən davam edən zədə problemləri var. Oyuna yaxşı başlamışdıq, nizam-intizamı qoruyurduq. Çalışırdıq hücumlara keçək. Amma yenə də bu il bizim problemimiz olan fərdi səhvlər ard-arda qolların nəticəsi oldu. Məncə, səbəblər budur. 

– Azərbaycan derbisi olsa da, "Neftçi" artıq 4 ildir ki, "Qarabağ"a qalib gələ bilmir. Buna münasibətiniz nədir? 

– "Neftçi"ni sevənləri başa düşmək olar ki, bu, oyundur və 3-4 gün sonra kubok oyunun olmasının, zədələrin çox olmasının fərqi yoxdur. Bunları başa düşürəm. Ona görə də cavab olaraq söz tapa bilmirəm. 

– Murad Məmmədovun son oyunlarda şans almaması nə ilə bağlıdır? 

– Murad ard-arda pis oynadıqan sonra özünə gələ bilmir. Halbuki biz onu pis oyuna görə silməmişik. Sanki pis göstəricilərini atlaya bilmir. Bu, açığı, məşqlərdə də görsənir. Son vaxtlar Muradı tanıya bilmirik. Onu heyətdən silmək fikrimiz yoxdur. Düzünü danışsam, bu gün Aleks Fernandeşi Muradla əvəzləmək istəyirdik. Sadəcə Rəhman Hacıyev özü əvəz olunmağı istədi deyə, Elcan Əbilovu oyuna buraxdıq. Amma Murad güvəndiyimiz oyunçulardandır. Biz gələndən daha çox şans qazandı və yaxşı da oyunları oldu. Sadəcə qarşısında elə maneələr var ki, özü onları aşmalıdır. İnşallah, biz də buna kömək edəcəyik. 

– "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" "Qarabağ"ı bu mövsüm məğlub edə bilib, "Sabah" isə heç-heçə edib. Lakin "Neftçi" 4 oyunda da uduzub. "Neftçi" avrokuboklara getməyə layiqdir? 

– Digər layiq olan komandalar üçün təkcə şərt "Qarabağ"ı məğlub etməkdirsə, bu məntiqi anlamıram. Başa düşürəm ki, 4 oyunu da uduzmuşuq. Mən bu mövsüm "Neftçi" ilə "Qarabağ"a qarşı 3 matçda çıxmışam. Sonuncu görüşdə isə çox da yaxşı oynadıq. Buna da səbəb o idi ki, kubok oyunları fasilədə idi, bütün oyunçular sırada idi. Düşünürəm ki, ən yaxşı oyunlarımızdan biridir. Bu gün "Qarabağ"a uduzmağımız ağırdır, bunu anlayıram. Amma bu o demək deyil ki, Avropaya getməyə layiq deyilik. Düşünürəm, "Qarabağ"ı çıxmaq şərti ilə kimin layiq olub-olmadığını çıxarmaq üçün fikirləşmək lazımdır. Əgər sizin üçün tək prioritet "Qarabağ"ı məğlub edib getməkdirsə, niyə "Kəpəz" heç-heçə edərək getmir? Futboldur. Biz də istəyirik ki, bu cür şeylərə son qoyaq. İşimiz çoxdur. "Qarabağ" köklü və oturulmuş komandadır. Biz isə hər il dəyişilən "Neftçi"yik. İnşallah, bunu aradan götürüb yaxşı komanda qurmaq fikrindəyik. 

– Rafael Quzzo "Şamaxı" ilə oyunda zədə səbəbindən əvəzləndi. Bu gün də həmin zədəyə görə əvəzləndi?

– Yox, başqa zədə idi. Özü əvəzlənməyi istədi. Ciddi zədəyə oxşamır. Sadəcə toqquşma oldu. Sadəcə özü istədi deyə, dəyişmək məcburiyyətində qaldıq. 

– Qarşıdakı "Sabah"la matça qədər zədədən sıraya qayıdanlar olacaq? 

– İnşallah, inanırıq. Biz fiziki məşqçilər və həkimlərlə birgə qərar verdik ki, yeni zədədən qayıdanlara bu gün müəyyən qədər vaxt verək, formada qalsınlar. Bunlar Emin Mahmudov, Andrey Ştoqrin, Mustafa Sek, Dembo Darbodur. Sırf buna görə onları meydana buraxdıq. Ola bilər, kimsə bundan sonra oynasın, ya da oynamasın. Bu zədələrin səbəbləri bizə bəlli deyil. Bu, böyük problemlər yaradır. İnşallah, heç olmasa kubok oyununa qədər oyunçular sağalar, sonrasını baxarıq. 

– Darbonun yerinə Bassalu Sambu niyə oynamadı? Kubokda da cəzalıdır. 

– Darbo iki aya yaxındır oynamırdı. Nəzərə alsaq ki, kubokda təkcə hücumçumuz Ağadadaş Salyanski olacaq, Darbonu oyun tempini hiss etməsi üçün meydana buraxdıq. Matçdan əvvəl plan qurmuşduq. Darbo da dəyişilməli idi, lakin planlar pozuldu. Quzzo və Rəhman 90 dəqiqə oynamalı idilər, amma özləri əvəz olunmağı istədilər. Darbonu sırf oyun formada olması üçün meydana buraxmışdıq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Aprel 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri