Biz haqlı idik və Avropanın dediyi kimi hərəkət edə bilməzdik ŞƏRH EDİLDİ | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. "Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq siyasət yürüdür və bu siyasət də özünü doğruldur"
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi paraflanıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı “Tramp marşrutu” məsələsi həll olunub: "Avropa İttifaqı ilə bağlı isə bizim parlament nümayəndələrinin məsələsi hələlik açıq qalır, yəni orada iştirak etmirlər.
Ancaq biz iqtisadi əlaqələrimizi inkişaf etdiririk. Avropa İttifaqının 10 ölkəsinə qaz ixrac edirik.
Avropa İttifaqının ayrı-ayrı 10 ölkəsi ilə strateji müttəfiqlik haqqında bəyanatlarımız var və biz onları qazla təsisat edirik.
Bu, eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük yardım deməkdir.
Ursula fon der Leyen dəfələrlə qeyd edib ki, Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində Azərbaycan böyük təminat verir.
Ona görə də hesab edirəm ki, Avropa İttifaqının üzv dövlətləri ilə biz ikitərəfli əlaqələrimizi saxlayırıq.
Tam oxu
Xəbəri oxu