Icma.az
close
up
RU
Biz haqlı idik və Avropanın dediyi kimi hərəkət edə bilməzdik ŞƏRH EDİLDİ

Biz haqlı idik və Avropanın dediyi kimi hərəkət edə bilməzdik ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq siyasət yürüdür və bu siyasət də özünü doğruldur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, artıq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi paraflanıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı “Tramp marşrutu” məsələsi həll olunub: "Avropa İttifaqı ilə bağlı isə bizim parlament nümayəndələrinin məsələsi hələlik açıq qalır, yəni orada iştirak etmirlər. Ancaq biz iqtisadi əlaqələrimizi inkişaf etdiririk. Avropa İttifaqının 10 ölkəsinə qaz ixrac edirik. Avropa İttifaqının ayrı-ayrı 10 ölkəsi ilə strateji müttəfiqlik haqqında bəyanatlarımız var və biz onları qazla təsisat edirik. Bu, eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinə böyük yardım deməkdir.

Ursula fon der Leyen dəfələrlə qeyd edib ki, Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində Azərbaycan böyük təminat verir. Ona görə də hesab edirəm ki, Avropa İttifaqının üzv dövlətləri ilə biz ikitərəfli əlaqələrimizi saxlayırıq. Ancaq hələlik İttifaqın rəhbərliyi ilə birbaşa münasibətlərdə müəyyən fasilə var. Azərbaycanın nümayəndə heyəti, yəni parlament üzvləri, hazırda orada iştirak etmirlər. Bu da təbii ki, hesab edirəm ki, yaxın illərdə öz həllini tapacaq. Çünki Azərbaycan öz mövqeyindən geri çəkilmədi və çəkilməyəcək. Biz haqlı idik və Avropanın dediyi kimi hərəkət edə bilməzdik. Çünki bu, bizim milli maraqlarımıza, dövlət maraqlarımıza uyğun deyildi. Hesab edirəm ki, Azərbaycan Prezidentinin apardığı məqsədyönlü diplomatiya sayəsində bu mümkün oldu və düşünürəm ki, Avropa İttifaqı da artıq bizim bu siyasətimizlə barışır və gələcəkdə onlar da bu prosesdən razı qalacaqlar. Ona görə də gələcəkdə biz digər ölkələr kimi Avropa İttifaqı ölkələri ilə də münasibətlərimizi normallaşdıracağıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri