Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Qüdrət Həsənquliyev: “Parlamentin formalaşdırılması ilə bağlı fərqli düşüncələrimiz var” Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev İqtisadiyyat.az-a müsahibə verib.
O, müsahibəsində həm VII çağırış parlamentin, siyasi partiyaların fəaliyyətindən, qonşu dövlətlərlə münasibətlərdən, Ermənistanla sülh gündəliyindən və s.
məsələlərdən danışıb. Müsahibəni təqdim edirik: - Qüdrət müəllim, VII çağırış Milli Məclisi fəaliyyətinin ilk ilini başa vurdu və deputatlar
Bu dövr ərzində parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz? - Mən müxalifət partiyasını təmsil edirəm.
Ona görə də biz hər zaman diqqətimizi daha çox problemlərə yönəldirik və istəyirik ki, hər şey daha yaxşı olsun.
Bizim parlamentin formalaşdırılması, parlamentin işinin təşkili ilə bağlı fərqli düşüncələrimiz var.
Ümumilikdə, parlament hakimiyyətin bir qanadı kimi öz missiyasını yerinə yetirir və ümid edək ki, gələcəkdə hər şey daha yaxşı olacaq.