Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Biz istəyirik ki, hər şey daha yaxşı olsun”

“Biz istəyirik ki, hər şey daha yaxşı olsun”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Qüdrət Həsənquliyev: “Parlamentin formalaşdırılması ilə bağlı fərqli düşüncələrimiz var”

Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev İqtisadiyyat.az-a müsahibə verib. O, müsahibəsində həm VII çağırış parlamentin, siyasi partiyaların fəaliyyətindən, qonşu dövlətlərlə münasibətlərdən, Ermənistanla sülh gündəliyindən və s. məsələlərdən danışıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət müəllim, VII çağırış Milli Məclisi fəaliyyətinin ilk ilini başa vurdu və deputatlar tətilə buraxıldı. Bu dövr ərzində parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mən müxalifət partiyasını təmsil edirəm. Ona görə də biz hər zaman diqqətimizi daha çox problemlərə yönəldirik və istəyirik ki, hər şey daha yaxşı olsun. Bizim parlamentin formalaşdırılması, parlamentin işinin təşkili ilə bağlı fərqli düşüncələrimiz var. Ümumilikdə, parlament hakimiyyətin bir qanadı kimi öz missiyasını yerinə yetirir və ümid edək ki, gələcəkdə hər şey daha yaxşı olacaq. Öz fəaliyyətim haqqında deyə bilərəm ki, bacardığımı və mümkün olanı edirəm. Gələcəkdə konstitusiya islahatları aparılsa və ölkəmiz yeni inkişaf mərhələsinə keçsə, ümid edirəm ki, onda gözləntilərim özünü doğruldar, parlament hüquqi dövlət quruculuğuna daha çox töhfə verər, hakimiyyətin qanadları qarşılıqlı olaraq bir-birinə nəzarət edər.

- Qeyd etdiyimiz kimi, deputatlar artıq tətilə buraxılıb. Bəs siz tətili necə keçirməyi düşünürsünüz, istirahət üçün harasa getmək planlarınız var?

- Ola bilsin ki, ailə üzvlərimlə Naxçıvana səfər edək. Hələ ki, başqa planlarım yoxdur.

- Bəs ölkə xaricinə getmək niyyətiniz yoxdur?

- Hələlik elə bir qərarımız yoxdur. Ola da bilər. Sözün düzü, Bakıdan kənara çıxanda da bir həftədən çox qala bilmirəm və maksimum bir həftədən sonra Bakıya geri dönürəm.

- Bakıdan kənarda bir həftədən çox qala bilməməyinizin səbəbi nədir, işin çoxluğu yoxsa?

- Ümumiyyətlə, hər hansı bir yerdə olanda adətən üç gün keçir və dördüncü gün artıq Bakıya dönmək istəyirəm. Bunun səbəbini bilmirəm, amma Vətənə qayıtmaq istəyirəm.

- Qüdrət müəllim, bu yaxınlarda partiya sədrlərinin Ağdama səfəri təşkil olundu. Orada görülən işləri necə qiymətləndirirsiniz?

- Bəli, səfər etdik. Orada görülən işləri çox yüksək qiymətləndirirəm. Xüsusilə Ağdamda. Bilirsiniz, bərpa işləri çox böyük əmək və milyardlarla vəsait tələb edir. Azərbaycana da heç bir beynəlxalq təşkilat, böyük, güclü iqtisadiyyata malik ölkələr köməklik göstərmirlər. Azərbaycan bu problemi özü həll edir, hətta Azərbaycan özü başqalarına kömək edir, özünün bu qədər problemləri ola-ola. Əlbəttə, biz istərdik ki, orada işlər daha sürətlə getsin və həm də bu işləri tək dövlət görməsin. Hesab edirəm ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün xalq səfərbər olunmalıdır. İndi bu işləri yalnız dövlət görür. Özəl sektor kifayət qədər cəlb olunmayıb. Vətəndaşlar da bu prosesə cəlb olunmalıdırlar. Ağdamdan, işğaldan azad edilmiş digər ərazilərdən çox zəngin insanlar var. Onları cəlb etmək lazımdır, onlar özləri də bunu istəyirlər. Artıq 5 ilə yaxındır torpaqlarımız azad edilib. Bu 5 il ərzində çox böyük işlər görülüb, amma hesab edirəm ki, çox böyük işlər də görülməlidir və bunun üçün də hesab edirəm ki, bütün xalq bərpa və quruculuq işlərinə cəlb olunmalıdır. Amma hər halda orada bu işlərin görülməsi qürurvericidir. Biz Ağdama müasir qatarla getdik, çox rahat idi. Yollar bərpa olunsa və yeni relslər qurulsa, Ağdama çox qısa bir müddətdə qatarla getmək olar. Ümid edirəm ki, gələcəkdə bunlar da baş verəcək.

- Yeri gəlmişkən, azad edilmiş ərazilərin minalardan təmizlənməsi də xeyli vəsait və vaxt tələb edir. Elə deyilmi?

- Bəli, bu, çox böyük bir xərcdir. Mənim bildiyimə görə, bir hektarın təmizlənməsinə təqribən 1 milyon manat pul lazımdır.

- Ermənsistan da mina xəritələrini təqdim etməkdən imtina etdi, təqdim edilən bəzi xəritələr də düzgün olmadı.

- Ermənilərin bizə olan nifrəti artıq patoloji nifrətdir, genetik xarakter alıb, onlar gecə-gündüz türklərə qarşı nifrət aşılayıblar. Ona görə də onların mina xəritələrini düzgün verməməsi tamamilə gözlənilən idi.

- Qüdrət müəllim, ölkəmizdə siyasi partiyaların fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə, ümumilli məsələlərdə bütün siyasi partiyalar birləşməyi bacarırmı?

- Əlbəttə, siyasi partiyaların fəaliyyəti çox yaxşıdır. Partiyalar arasında əməkdaşlıq olanda ümummilli məsələlərdə onların dərhal bir araya gəlməsi mümkün olur. Partiyalar arasında münasibətlər siyasi mübarizə yox, düşmənçilik xarakteri daşıyanda, o zaman bir partiyanın digərinə qalib gəlməsi üçün bəzən qurşaqdan aşağı zərbə vururlar, qeyri-əxlaqi mübarizə üsullarından istifadə edirlər, bəzən xarici dövlətlərdən dəstək almağa çalışırlar. Bu da dövlətçilik üçün, cəmiyyətin inkişafı üçün çox təhlükəlidir. Bu baxımdan, şükür Allaha ki, bizdə bu problem artıq yoxdur. Ümummilli məsələlərdə bir yerdə olmalıyıq. Parlamentdə ölkə həyatı ilə bağlı tənqidi çıxışlarım daha çoxdur, amma elə məsələlər var ki, tənqidə yer yoxdur. Məsələn, Azərbaycan dövlətinə təzyiqlər olanda və s. Rusiya ilə gərginlik yarananda bir çox xaricdən yayımlanan internet televiziyaları vasitəsilə Azərbaycan əleyhinə böyük bir kampaniya aparıldı ki, Azərbaycan nəyə görə Rusiya ilə münasibətləri gərginləşdirir. Halbuki Azərbaycan gərginləşdirmir, sadəcə baş vermiş hadisəyə münasibət bildirib, cinayət törədənlərin cəzalandırılmasını istəyir. Bu, sivil dünyada qəbul olunmuş bir qaydadır. Amma xaricdən özümüzünkülər öz hökumətimizə qarşı qalxdılar ki, siz oradakı 2 milyon insanı nəzərə almırsınız, Rusiya ilə münasibətləri məqsədyönlü şəkildə gərginləşdirirsiniz. Yəni belələri də var, onlar marginallaşmış qruplardır, onların xalqdan ciddi dəstəyi yoxdur. Görürsünüz, onlar çağırışlar edirlər, xalq onların çağırışına heç bir qarşılıq vermir.

- Regionumuzda da təhlükəli hadisələr baş verir, xüsusilə İran-İsrail münaqişəsi və digər hadisələr. Bütün bunların fonunda Azərbaycanın xarici siyasətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın bugünki xarici siyasəti Heydər Əliyev siyasi kursunun davamıdır: bütün qonşularla problemsiz həyat. Biz çalışırıq ki, İranla da münasibətlərimiz yaxşı olsun. İranda çox təəssüf ki, Azərbaycan dövlətinin mövcudluğunu İranın bütövlüyünə təhdid kimi qəbul edənlər var. Gərginliyi yaradan o qüvvələrdir. Biz Rusiya ilə də dost olmaq istəyirik, amma Rusiyada da Azərbaycana yuxarıdan aşağı baxan, Azərbaycanı Rusiyanın bir quberniyası sayan, münasibətlərimizi pozmaq istəyən insanlar var, yəni problem yaradan onlardır. İnanıram ki, gec-tez onlar vəzifələrindən uzaqlaşdırılacaqlar, Rusiya zəruri addımları atacaq və münasibətlərimiz bərpa olunacaq. Biz bütün qonşularımızla dostluq, bərabərlik, qarşılıqlı hörmət şəraitində yaşamaq istəyirik və o istiqamətdə də xarici siyasətimizi yürüdürük. Əlbəttə, münasibətlərdə zaman-zaman gərginliklər olub, olacaq da, amma hesab edirəm ki, strateji baxımdan bütün qonşu ölkələr başa düşürlər ki, qonşularla dalaşmaq yox, sülh və əmin-amanlıq şəraitində yaşamaq lazımdır. Harada sülh varsa, orada inkişaf var, əməkdaşlıq var.

- Söylədiyiniz fikirlər əsasında Ermənistanla münasibətlərə də toxunmağınızı istərdik. Bu gün Ermənistanla sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Bu prosesi necə dəyərləndirirsiniz?

- Mən zamanında da söyləmişdim ki, ikinci Qars müqaviləsinin imzalanmasına ehtiyac var. Əlbəttə, o müqavilənin eynisini yox, amma dörd ölkə - Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan belə bir sülh müqaviləsi imzalaya bilər. Bu zaman Ermənistandakı revanşist qüvvələr başa düşərlər ki, bu sülh müqaviləsinin təminatı təkcə Azərbaycan dövləti deyil, həm də Türkiyə və Rusiyadır və bu da sülhə, təhlükəsizliyə böyük töhfə verə bilər. Ona görə mən belə bir təşəbbüslə çıxış etmişdim. 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan regional əməkdaşlıq üçün “3+3” formatını irəli sürmüşdü. Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran formatında bir əməkdaşlıq platorması təklif etmişdi. Hesab edirəm ki, regionun çiçəklənməsi həm də bundan keçir. Bu dövlətlər bir-birinin daxili işlərinə müdaxilə etmədən əməkdaşlıq yolu tuta, daha sıx inteqrasiya olmaq, mədəni, humanitar əlaqələrin daha da genişləndirilməsi üçün səy göstərə bilərlər. Bu da sülhə və təhlükəsizliyə, iqtisadi inkişafa böyük töhfə verər. Hesab edirəm ki, Azərbaycan bu xətti davam etdirməlidir.

- Ermənistan həm də sülh müqaviləsinin imzalanması üçün konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Elə deyil?

- Bəli, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsini şərt kimi irəli sürüb. Paşinyan isə istəyir ki, konstitusiyanı dəyişmədən seçkiyə qədər Azərbaycanla hansısa bir sənəd imzalasın və xalqa desin ki, mən Ermənistana sülh gətirirəm. Yəni seçkiyə qədər istənilən imzalanan sənəd Paşinyanın mövqeyini gücləndirəcək. Azərbaycan da sülh sazişi imzalanmayana qədər Paşinyanın mövqeyinin güclənməsində maraqlı olmamalıdır. Ona görə də sülh müqaviləsinin imzalanmasını problematik görürəm. Həm də ona görə ki, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan istədiyini ala bilmir. Daha doğrusu kənar qüvvələr Ermənistana imkan vermir ki, bu istiqamətdə öhdəliklərini yerinə yetirsin. Hesab edirəm ki, Ermənistan sülh sazişinin imzalanması üçün indikindən daha konstruktiv mövqe nümayiş etdirməlidir. Birincisi, Zəngəzur dəhlizi ilə bağlı daha aydın mövqe ortaya qoymalı və konstitusiyasını dəyişməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 İyul 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri