“BİZ NATO NUN DÜŞMƏNİYİK” Kreml geri çəkilmir, Qərb liderləri isə... | Icma.az
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Biz NATO üçün düşmənik. Bu, NATO sənədlərində yazılıb.
Təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik".
“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Ukraynada, Rusiya sərhədləri yaxınlığında xarici kontingentin olmasının Moskva üçün “təhlükəli” olduğunu bildirib.Peskov jurnalistlərə açıqlamasında deyib: “Biz bunu bizim üçün təhlükə kimi qiymətləndiririk - beynəlxalq qüvvələrin və ya hansısa xarici qüvvələrin, NATO qüvvələrinin sərhədlərimizə yaxın Ukrayna torpaqlarında olmasını”.Peskov əlavə edib ki, Avropa təmsilçiləri Ukraynanın ərazisinə Avropa qoşunlarını yerləşdirməklə onun təhlükəsizliyinin təmin olunmasından danışırlar: "Siz bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyini pozmaqla təmin edə bilməzsiniz.
Bu, Ukrayna münaqişəsinin həllinə yaxınlaşmağa kömək etməyəcək.
Xarici, xüsusilə də Avropa və Amerika hərbi kontingentləri Ukraynanın təhlükəsizliyini təmin edə bilərmi? Qətiyyən yox, edə bilməzlər.
Bu, Ukraynanın təhlükəsizliyinə Rusiya üçün uyğun təminat ola bilməz".Kremlin mətbuat katibinin sözlərinə görə, NATO-nun Rusiya ilə sərhədlərə yaxınlaşması Ukraynadakı müharibənin “əsas səbəblərindən” biri olub.
Peskov həmçinin bildirib ki, təkcə Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanəti verilməlidir.Göründüyü kimi, Kreml yenə əvvəlki narrativlərindən və bəhanələrindən əl çəkmir.
Tam oxu
Xəbəri oxu