Icma.az
close
up
RU
“BİZ NATO NUN DÜŞMƏNİYİK” Kreml geri çəkilmir, Qərb liderləri isə...

“BİZ NATO NUN DÜŞMƏNİYİK” Kreml geri çəkilmir, Qərb liderləri isə...

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Biz NATO üçün düşmənik. Bu, NATO sənədlərində yazılıb. Təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik". 

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. O, Ukraynada, Rusiya sərhədləri yaxınlığında xarici kontingentin olmasının Moskva üçün “təhlükəli” olduğunu bildirib.

Peskov jurnalistlərə açıqlamasında deyib: “Biz bunu bizim üçün təhlükə kimi qiymətləndiririk - beynəlxalq qüvvələrin və ya hansısa xarici qüvvələrin, NATO qüvvələrinin sərhədlərimizə yaxın Ukrayna torpaqlarında olmasını”.

Peskov əlavə edib ki, Avropa təmsilçiləri Ukraynanın ərazisinə Avropa qoşunlarını yerləşdirməklə onun təhlükəsizliyinin təmin olunmasından danışırlar: "Siz bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyini pozmaqla təmin edə bilməzsiniz. Bu, Ukrayna münaqişəsinin həllinə yaxınlaşmağa kömək etməyəcək. Xarici, xüsusilə də Avropa və Amerika hərbi kontingentləri Ukraynanın təhlükəsizliyini təmin edə bilərmi? Qətiyyən yox, edə bilməzlər. Bu, Ukraynanın təhlükəsizliyinə Rusiya üçün uyğun təminat ola bilməz".

Kremlin mətbuat katibinin sözlərinə görə, NATO-nun Rusiya ilə sərhədlərə yaxınlaşması Ukraynadakı müharibənin “əsas səbəblərindən” biri olub.

Peskov həmçinin bildirib ki, təkcə Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanəti verilməlidir.

Göründüyü kimi, Kreml yenə əvvəlki narrativlərindən və bəhanələrindən əl çəkmir. Qarşısında qətiyyətsiz, riyakar, qorxaq Qərb liderlərini gördükcə də bu cür davam edəcək.

Xatırladaq ki, Ukraynaya təhlükəsizlik təminatları çərçivəsində xarici hərbi kontingentin yerləşdirilməsi variantı bir gün əvvəl baş tutan “İstəklilər koalisiyası”nın iclasında müzakirə olunub. Danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makron 26 ölkənin missiyada iştirak etməyə hazır olduğunu bildirib. Burada söhbət yalnız atəşkəs əldə olunandan sonra Ukraynada "yerdə, dənizdə və havada olmaq"dan və ya Ukrayna ordusuna dəstək verməkdən gedir. 

Lakin daha sonra Aİ-nin üç ölkəsi - İtaliya, Polşa və Rumıniya öz qoşunlarını Ukraynaya göndərməkdən imtina etdilər. Onlar Ukraynaya “başqa yardım göstərməyə” hazır olduqlarını bildirdilər. Ancaq həmin “başqa yardımlar” artıq dörd ilə yaxındır ki, Ukarynaya göstərilsə də, işğalı və Ukraynadakı qırğınları dayandırmağa yetmir…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Sentyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri