“Biz Suriya ilə əlaqələri bərpa etməyə tələsmirik”

22.05.2025

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Hazırda Tehran və Dəməşq arasında heç bir əlaqə yoxdur və İran münasibətləri qurmağa tələsmir”. 

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əş-Şərq” telekanalına müsahibəsində deyib.

“Suriya hökuməti nə vaxt İranla münasibətlərin öz xalqına kömək edə biləcəyi qənaətinə gəlsə, onların xahişinə cavab verməyə hazırıq”, - deyə XİN rəhbəri vurğulayıb. 

Nazir Tehran-Vaşinqton arasındakı danışıqlara da toxunaraq bildirib ki, uranın zənginləşdirilməsi ilə bağlı hələ də fikir ayrılıqları qalmaqdadır. O, sözügedən məsələ həll olunmayana qədər razılaşmayacaqlarını əlavə edib. 

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью