“Biz Suriya ilə əlaqələri bərpa etməyə tələsmirik”
Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hazırda Tehran və Dəməşq arasında heç bir əlaqə yoxdur və İran münasibətləri qurmağa tələsmir”.
Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əş-Şərq” telekanalına müsahibəsində deyib.
“Suriya hökuməti nə vaxt İranla münasibətlərin öz xalqına kömək edə biləcəyi qənaətinə gəlsə, onların xahişinə cavab verməyə hazırıq”, - deyə XİN rəhbəri vurğulayıb.
Nazir Tehran-Vaşinqton arasındakı danışıqlara da toxunaraq bildirib ki, uranın zənginləşdirilməsi ilə bağlı hələ də fikir ayrılıqları qalmaqdadır. O, sözügedən məsələ həll olunmayana qədər razılaşmayacaqlarını əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az

Suriya ilə diplomatik əlaqələri bərpa etməyə hazırlaşırıq Zelenski
02 Yanvar 2025 20:26
Fransa Suriya ilə əlaqələri bərpa
15 Dekabr 2024 20:27
İran XİN: “Suriya ilə münasibətləri bərpa etməyə tələsmirik”
05 Fevral 2025 17:46
Cənubi Koreya Suriya ilə diplomatik əlaqələri bərpa edib
11 Aprel 2025 02:35
Türkiyə və Azərbaycan Suriya ilə diplomatik əlaqələri bərpa edəcək
18 Yanvar 2025 14:06

