Bizə ənənə ilə çağırış arasında tarazlığı qoruyan model lazımdır Rafael Hüseynov | Icma.az
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dözümlülük və multikulturalizm siyasəti ölkəmizi beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm bir platforma kimi dünyaya təqdim edib”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini Rafael Hüseynov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.
Rafael Hüseynov bildirib ki, bu siyasət müxtəlif etnik və dini qrupların sülh içində birgəyaşayışını təmin edən, qarşılıqlı hörmət və anlayış prinsiplərinə əsaslanan Azərbaycan modelini formalaşdırıb: “Biz tolerantlıq və multikulturalizm dəyərlərimizlə qürur duyuruq.
Azərbaycanda dini həmrəylik modeli məhz bu prinsiplər üzərində qurulub”.
Milli Məclis sədrinin müavini qeyd edib ki, əsas məqsəd klassik İslam ənənələri ilə müasir təhsil yanaşmalarını birləşdirən modelin inkişaf etdirilməsidir.
Onun sözlərinə görə, simpoziumda aparılan elmi müzakirələr yalnız elmi baxımdan deyil, həm də mədəniyyətlərarası dialoqun və mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Elm və texnologiyanın inkişafı cəmiyyətlərə yeni imkanlar açmaqla yanaşı, mənəvi dəyərlər sisteminə də təsir göstərir.
Tam oxu
Xəbəri oxu