Icma.az
close
up
RU
Bizə ənənə ilə çağırış arasında tarazlığı qoruyan model lazımdır Rafael Hüseynov

Bizə ənənə ilə çağırış arasında tarazlığı qoruyan model lazımdır Rafael Hüseynov

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dözümlülük və multikulturalizm siyasəti ölkəmizi beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm bir platforma kimi dünyaya təqdim edib”. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini Rafael Hüseynov “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumda səsləndirib.

Rafael Hüseynov bildirib ki, bu siyasət müxtəlif etnik və dini qrupların sülh içində birgəyaşayışını təmin edən, qarşılıqlı hörmət və anlayış prinsiplərinə əsaslanan Azərbaycan modelini formalaşdırıb:

“Biz tolerantlıq və multikulturalizm dəyərlərimizlə qürur duyuruq. Azərbaycanda dini həmrəylik modeli məhz bu prinsiplər üzərində qurulub”.

Milli Məclis sədrinin müavini qeyd edib ki, əsas məqsəd klassik İslam ənənələri ilə müasir təhsil yanaşmalarını birləşdirən modelin inkişaf etdirilməsidir. Onun sözlərinə görə, simpoziumda aparılan elmi müzakirələr yalnız elmi baxımdan deyil, həm də mədəniyyətlərarası dialoqun və mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Elm və texnologiyanın inkişafı cəmiyyətlərə yeni imkanlar açmaqla yanaşı, mənəvi dəyərlər sisteminə də təsir göstərir. Biz elə bir model qurmalıyıq ki, yeni reallıqlara uyğunlaşaq, lakin mənəvi irsimizə toxunmadan”, – deyə Rafael Hüseynov vurğulayıb.

O bildirib ki, müasir dünyanın ehtiyac duyduğu dini həmrəylik modeli mənəvi dəyərləri qorumaqla yanaşı, dini radikalizm və ekstremizmlə mübarizə aparmalı, gəncləri yeni qlobal çağırışlara hazırlamalıdır.

“Dini təhsil nə keçmişə qapanmalı, nə də müasirliyin təsiri altında mənəvi dəyərləri itirməlidir. Bizə ənənə ilə çağırış arasında tarazlığı qoruyan model lazımdır. Elm və iman bir-birini tamamlayan iki qüvvədir — biri ağlı işıqlandırır, digəri qəlbi nurlandırır”, – deyə o qeyd edib.

Rafael Hüseynov çıxışında Qurani-Kərimdə elmə və biliyə verilən xüsusi önəmdən danışaraq bildirib ki, İslam dini elmi və mənəvi inkişafı insanın kamilliyə çatmasının əsas yolu kimi qiymətləndirir: “Qurani-Kərimdə 78 dəfə ‘elm’ kəlməsi çəkilir və bu, göstərir ki, elm və mənəviyyat ayrılmaz anlayışlardır. İnsan elm və mənəviyyatın vəhdəti sayəsində həm cəmiyyətə, həm də Yaradanına yaxınlaşır”.

O əlavə edib ki, müasir dünyada dini təhsil yalnız dini biliklərin ötürülməsi vasitəsi deyil, həm də sülhün, dialoqun və sosial inteqrasiyanın təşviqi üçün mühüm bir platformadır. “Təhsil sistemlərimiz elmi biliklərlə yanaşı, mənəvi dəyərləri də qoruyur. Ən yaxşı təhsil sistemi insanlara yalnız bilik vermir, həm də onların əxlaqi və mənəvi seçimlərində doğru istiqamət göstərir. Bu baxımdan Azərbaycanın modeli həm regionda, həm də dünyada nümunə ola bilər”, – deyə Rafael Hüseynov çıxışını yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri