Bizə uşaq şeiri kimi tanıdılan nəğmənin pərdəarxası Min illik faciə və gizlədilən həqiqətl…
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az Ağalar Qutun "Bir şaman bayğınlığı" adlı yeni yazısını təqdim edir. “Əkil-bəkil quş idi, Divara qonmuş idi.
Getdim onu tutmağa, O məni tutmuş idi. Meydana salmış idi. Meydanın ağacları Dən gətirib ucları. Çəpər çəkdim yol açdım Qızılgülə dolaşdım.
Bir dəstə gül dərməmiş Nənəm gəldi, mən qaçdım”. Nədir əkil? Nədir bəkil və yaxud kimdir Bəkil? Bu divar nəyin divarıdır, nəyi nədən ayırır?
Bu, hansı quşdur, o, divara nə üçün qonub, quş adamı necə tutar, hadisə nə üçün və niyə “idi”li keçmiş zamanda təsvir edilir, ümumiyyətlə, burada hansısa rəmzlərmi var, varsa bu rəmzlərin mənası nədir?..
Suallar çoxdur. Folklorumuzda bu şeir parçasının xüsusi cəlbediciliyi varmış. Sən demə, bir çox görkəmli tədqiqatçı onu açmağa çalışmışdır.
Biz burada nə o tədqiqatlardan çıxış edib yola çıxacaq, nə də o tədqiqatların nəticələrini burada sadalayacağıq.
Ona görə ki, biz o tədqiqatlarla heç səthi olaraq da tanış deyilik.
Tam oxu
Xəbəri oxu