Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bizə uşaq şeiri kimi tanıdılan nəğmənin pərdəarxası Min illik faciə və gizlədilən həqiqətlər

Bizə uşaq şeiri kimi tanıdılan nəğmənin pərdəarxası Min illik faciə və gizlədilən həqiqətlər

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Ağalar Qutun "Bir şaman bayğınlığı" adlı yeni yazısını təqdim edir.

“Əkil-bəkil quş idi,
Divara qonmuş idi.
Getdim onu tutmağa,
O məni tutmuş idi.
Meydana salmış idi.

Meydanın ağacları
Dən gətirib ucları.
Çəpər çəkdim yol açdım
Qızılgülə dolaşdım.
Bir dəstə gül dərməmiş
Nənəm gəldi, mən qaçdım”.

Nədir əkil? Nədir bəkil və yaxud kimdir Bəkil? Bu divar nəyin divarıdır, nəyi nədən ayırır? Bu, hansı quşdur, o, divara nə üçün qonub, quş adamı necə tutar, hadisə nə üçün və niyə “idi”li keçmiş zamanda təsvir edilir, ümumiyyətlə, burada hansısa rəmzlərmi var, varsa bu rəmzlərin mənası nədir?.. Suallar çoxdur.

Folklorumuzda bu şeir parçasının xüsusi cəlbediciliyi varmış. Sən demə, bir çox görkəmli tədqiqatçı onu açmağa çalışmışdır. Biz burada nə o tədqiqatlardan çıxış edib yola çıxacaq, nə də o tədqiqatların nəticələrini burada sadalayacağıq. Ona görə ki, biz o tədqiqatlarla heç səthi olaraq da tanış deyilik.

Lakin bu tədqiqatlar barəsində qısa icmal yazısından belə başa düşmək olur ki, indiyəqədərki ümumi mövqe bundan ibarətdir ki, bu şeir sonralar uşaq ədəbiyyatına dönmüş bir ovçu nəğməsidir. Bu mülahizə bizə qətiyyən inandırıcı görünmür, nə bu mənzərə ov səhnəsinə, nə də bu şeiri deyən quştutana oxşayır. Bu şeir bizə tamamilə ayrı mətləblər pıçıldayır.


Bu şeir-tapmaca qıfılının açar düşən dəliyi “idi”dir. “İdi”dən içəri daxil olmağa yol görünür.

Deməli, hadisə keçmişdə baş verib, lakin bu keçmiş real keçmişə yox, yuxuya oxşayır; belə ki, elə bil, kimsə öz yuxusunu danışır. Burada ayıq bir şairin şüurlu rəmzləşdirməsi yox, bayğın bir şamanın dili var. Gəlin, yadımıza salaq, biz bəzən içi ilə dışı, məzmunu ilə forması bir-biriylə qarışıq düşmüş yuxular görürük. Məsələn, “Görürəm, atam gəlib bizə, amma o, üzdən atam deyil, sənsən...” “Yuxumda qonşumuz Əhmədi gördüm. Gülə-gülə mənimlə salamlaşdı, amma o Məmməd idi, deyirəm, ay Əhməd, necəsən, nə var, nə yox; amma o, Əhməd deyildi, üzdən Məmməd idi”. “Yuxumda görürəm, Salyandayam, gəzirəm şəhərin küçələrini, deyirəm, nə təmiz şəhərdi, küçələri dərin, xoş rayihəli, elə xoşbəxtəm, amma əslində, ora buradakı evimizin dalı idi, Salyan deyildi”.

Bir sözlə, yuxularımızda cild dəyişdirmələr olur; gördüyünlə hiss etdiyin, baxdığınla inandığın, görünüşlə anlayış üst-üstə düşmür. Başqa məzmun, başqa formaya qarışır və əksinə. Bəzən məzmun anlanmaz və hətta yolverilməz olur, bizi narahat edir, bəzən isə forma. Bəlkə də “yuxusunu qarışdırmaq” elə budur.


İlk misra “Əkil-bəkil quş idi” deyərkən, belə bir yuxu qarışdırması baş vermiş ola bilər. Yəni yuxumda “Əkil-bəkil quş olmuşdu”. Əkil-bəkil yuxuma quş cildində gəlmişdi. Yaxşı, elə isə əkil-bəkil nədir onda? Əkil-bəkil nədir və yaxud kimdir ki, yuxumda dönüb quş olmuşdu? Bəkili şəxs adı kimi götürsək – bu ada Dədə Qorqud dastanında rast gəlirik – bəs onda “əkil”i necə izah edə biləcəyik?


Bizim başqa versiyamız var. Xeyr, nə əkil var, nə bəkil; bunlar personajlar, subyektlər deyil, “əkil-bəkil” sabit ifadədir. Bayatılarımızda, “Əzizinəm...”, “Eləmi...” kimi giriş ifadələri mövcuddur. Və yaxud nağıllarımız “Biri var imiş, biri yox imiş” girişi ilə başlanır. Əkil-bəkil də belə bir başlanğıc sözüdür. Əkil-bəkil – ayıl-bayıl deməkdir. Bu isə indiki dilimizdə “hayıl-mayıl” ifadəsinin başqa şəklidir. Əks cinsin cazibəsi, əksər hallarda isə belə demək mümkündürsə, qadın gözəlliyi kişilərin ağlını başdan aparır, onları sərməst edir, onların hayıl-mayıl olmasına səbəb olur. Əkil-bəkil, ayıl-bayıl, hayıl-mayıl olmaq – özündən getmək və özünə gəlmək halbahallığıdır, ayıqlıqla bayğınlığın arasında bulunmaqdır, sayıqlamadır, hallüsinasiyadır. Şaman halıdır.


Beləliklə, “Əkil-bəkil quş idi” “Əkil Bəkil yuxumda dönüb quş olmuşdu” demək deyil. İlk misranın mənası budur; nə ayıq idim, nə bayğın, bu ikisinin arasında idim, orada bir quş var idi, hayıl-mayıl halda bir quş idi gördüyüm. Demir, yuxumda bir quş gördüm, danışdığı yuxu deyil, deyir, əkil-bəkil, ayıl-bayıl, hayıl-mayıl halında idim, (bir) quş (var) idi (orada), quş cildində görürdüm (onu).


Buradakı divar nəyin divarıdır? Bu hansı quş ola divara qonan? Bəlkə, o bəxt quşu olub? Yaxud qasid göyərçin? Heç biri ağlabatan deyil, çünki bu quş aqressiv hərəkət edir. O, heç də bəxt açana, xoş xəbər gətirənə oxşamır. Olmaya, divara qonan quş bayquşdur? Bayquşdursa, onu niyə tutmağa getsin? Bayquşun bədbəxtlik gətirdiyinə inanıldığı üçün onu tutmurlar axı, qovub uzaqlaşdırırlar.

Bu suallara cavab vermədən, daha doğrusu, indilik cavab verə bilmədən növbəti iki misraya diqqət yetirək. Bu misralar daha qatı qaranlıqdır, üstəlik, əvvəlki iki misra ilə necəsə əlaqədardır.


Fəlsəfi fikir tarixində belə bir ideya mövcuddur ki, arzulayanla arzulanan qoşadır, daha doğrusu, əkizdir. Sənə elə gəlir ki, sən onu arzulayırsan, halbuki, o səni arzulayır(mış). Sən susayıb su gəzirsən, su da səni gözləyir, əslində. Bir yol tutub mənzil başına sarı getməyə başlayırsan, bilmirsən ki, əslində, yol səni tutub, çatmaq istədiyin o mənzil səni çoxdan öz divarları arasına salıb. Başgicəlləndirici başlanğıcsızlıq. Bu metafizika nə qədər dərin olsa da, bu şeir-tapmacada nəzərdə tutulan o deyil. Müəllif demək istəmir ki, quşu tutmağa getməyimin səbəbi onun çoxdan məni tutmuş olması, onun çoxdan məni öz divarları arasına salmış olmasıdır, xeyr.


“O məni tutmuş idi.” Quş adamı necə tutar? Adamı?! Bax, bu sualdır və yaxud bu təəccübdür bu tapmaca-qıfıla daxil olan açarın son dönməsi! Ancaq bu təəccüblə – bu sualla bu tapmacanı açmaq mümkündür. Diqqətlə fikir verin, müəllif bayaqdandı nəyinsə nəyəsə döndüyünü, nəyinsə nəsə etdiyini, hətta özünün də nəsə etdiyini deyir, lakin özünün nə olduğunu, daha doğrusu, nəyə döndüyünü demir.

Bu, şaman qabaqgörməsidir. Özü də bəd qabaqgörmədir. Şaman hayıl-mayıl halında hədəfini – təhdidi quş cildində görür, özünü isə quşu tutmağa gedən pişik cildində. Pişik ayaqlarını pusa-pusa tutmağa getdiyi quş tərəfindən tutulur. Şaman-müəllif gələcəyi bəd görür, sonluğun uğursuzluqla nəticələnəcəyini anlayır. Divara qonan, pişiyi tutan quş – bayquş idi. Burada gecikmə baş verdi, bayquş pişiyi tutdu. Onu qaldırıb meydana, atların ayaqları altına saldı.


Biz ehtimal edirik ki, bu şeirdə hansısa tarixi hadisə öz əksini tapmışdır. Burada divar ölkənin qala divarıdır. Şaman divara qonan – dəvətsiz gələn düşmənin – bayquşun gətirəcəyi bədbəxtliyin labüdlüyünə qabaqcadan işarə vurur. Fəlakəti sovuşdurmaq istəsən də, heyhat, tədbir boşa çıxacaqdır. Biz onu da ehtimal edirik ki, bu bəd qabaqgörmə çin çıxmış, qanlı hadisələr baş vermiş, qarı düşmən bizi atların ayaqları altına, “meydana salmış”dır. Xalqımız sonradan şamanın sözlərini dönə-dönə xatırlamış və beləcə onu yaşatmışdır.


Qeyd: Bu məşhur şeir hətta folklor antologiyalarında da müxtəlif şəkillərdə təqdim edilir. Məsələn, “Divara qonmuş idi” əvəzinə bəzən “Ağaca qonmuş idi” yazırlar. Və yaxud “Əkil-bəkil quş idim, Divara qonmuş idim” yazırlar. Belə müdaxilələr səbəbsiz deyil, çünki insanlar quşun divara nə üçün və niyə qonduğunu, quşun adamı necə tutduğunu və s. təsəvvürlərinə gətirə, şeirə artıq düz-əməlli bir məna verə bilmir, nəticədə, tapmacanı özləri üçün asanlaşdırmaq məqsədilə onu dəyişdirirlər.

Orijinalda əlbəttə ki, quş divara qonmuşdur, ağaca yox. Şeirin son misraları da – əgər onlar şamanın bayğınlıqdan ayılışı deyilsə! – şeirə sonradan calaq kimi görünür. Qəfil şığıyıb məni tutan, ardından meydana salan faciəvi dramatizm birdən “Bir dəstə gül dərməmiş, Nənəm gəldi mən qaçdım” şənliyinə çevrilir. Bu səbəblərdən biz burada ancaq ilk beş misranı əsas götürərək, sonuncu misraları nəzərdən keçirmədik və yaxud keçirə bilmədik. Görünür, Azərbaycan folklorunun yadırğadığımız şaman dilini başa düşməyə hələ hazır deyilik.

Kinostudiyadakı partlayışla bağlı cinayət işi başlanıb “Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi? Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 İyul 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri