Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda insanlar arasında yaranan mübahisələrin məhkəməyə düşmədən, qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün xüsusi qurum olan Mediasiya Şurası fəaliyyət göstərir.
Bu qurum mediatorların hazırlanması, fəaliyyətə buraxılması və onların işinə nəzarət kimi funksiyaları icra edir.
Mediasiya Şurası həmçinin bu sahədə vahid qaydaların formalaşdırılmasına və sistemin davamlı işləməsinə nəzarət edir.
Qeyri-kommersiya əsaslı fəaliyyət göstərən Şura ictimai maraqları nəzərə alaraq, mübahisələrin daha çevik və məhkəməyə getmədən həllinə şərait yaradır.
Hazırda bu quruma hüquqşünas Nadir Adilov rəhbərlik edir. Modern.az Mediasiya Şurasının rəhbəri Nadir Adilovdan geniş müsahibə alıb.
Müsahibədə N.Adilov boşanmaların səbəbləri, Şuranın fəaliyyəti və illik hesabatla bağlı suallarımıza cavab verib.
Müsahibədən anons: - Cəmiyyətdə tez-tez boşanmaların əsas səbəbləri müzakirə edilir, bir növ günahkar axtarılır, hər dəfə fərqli fikirlər ictimaiyyətdə ciddi müzakirə olunur.