Icma.az
close
up
RU
Bizim insanların iç üzü boşananda bilinir Mediasiya Şurasının rəhbəri

Bizim insanların iç üzü boşananda bilinir Mediasiya Şurasının rəhbəri

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda insanlar arasında yaranan mübahisələrin məhkəməyə düşmədən, qarşılıqlı razılaşma yolu ilə həll olunması üçün xüsusi qurum olan Mediasiya Şurası fəaliyyət göstərir. Bu qurum mediatorların hazırlanması, fəaliyyətə buraxılması və onların işinə nəzarət kimi funksiyaları icra edir. Mediasiya Şurası həmçinin bu sahədə vahid qaydaların formalaşdırılmasına və sistemin davamlı işləməsinə nəzarət edir. Qeyri-kommersiya əsaslı fəaliyyət göstərən Şura ictimai maraqları nəzərə alaraq, mübahisələrin daha çevik və məhkəməyə getmədən həllinə şərait yaradır. Hazırda bu quruma hüquqşünas Nadir Adilov rəhbərlik edir.

Modern.az Mediasiya Şurasının rəhbəri Nadir Adilovdan geniş müsahibə alıb. Müsahibədə N.Adilov boşanmaların səbəbləri, Şuranın fəaliyyəti və illik hesabatla bağlı suallarımıza cavab verib.

Müsahibədən anons:


- Cəmiyyətdə tez-tez boşanmaların əsas səbəbləri müzakirə edilir, bir növ günahkar axtarılır, hər dəfə fərqli fikirlər ictimaiyyətdə ciddi müzakirə olunur. Bu proseslərin içində olan biri kimi, siz necə düşünürsünüz, boşanmalar və həllinə baxdığınız digər problemlərdə qarşılaşdığınız əsas mənzərə nələrdən ibarətdir? 


- Bəzən düşünürlər ki, varlılar daha rahat boşanır, təhsilli və təhsilsiz adamların boşanmasında və ya başqa problemlərin həll edilməsində universitet bitirənlər proseslərin həll olunmasında daha maraqlıdır. Amma reallıq tamamilə fərqlidir. 

Bu kimi məsələlərdə insanın iç dünyası, şəxsi keyfiyyətləri özünü qabarıq göstərir. Adam var orta təhsili yoxdur, amma çox mədəni, nəcib insandır. Qarşısındakı isə təhsillidir və ona qarşı deyir ki, "mən ali təhsilli adamam, gör sənin başına nə oyun açacağam" və sair. Söhbət burada münaqişəyə münasibətdən gedir. Biz görürük ki, savadsız insanları əzmək, avam yerinə qoymaq istəyən çox adamlar var. 

Bizim insanların iç üzü boşananda bilinir, evlənəndə hamı saxtadır, hamı guya xoşbəxtdir, amma boşanma prosesində iç üzləri görünür. Mən İsveçrədə olanda oradakı kolleqalardan mediasiya prosesini soruşurdum, mənə deyirdilər ki, onların baxdığı işlər uşaqlarla ünsiyyət, valideynlərin görüş saatları, uşağı məktəbə kim aparıb-gətirəcək və onun sadə maliyyə məsələlərilə bağlıdır. Qayıdıb bizim boşanmalara baxanda görürük ki, dava cehiz, qızıl-zinət əşyaları üzərindədir. Qarşı tərəf ittiham edir ki, sənə aldığım üzüyü qaytar, o da qaytarır, sonra məhkəməyə gedir ki, bu o üzük deyil, mən buna brilyant vermişdim, bu mənə svarovski qaytarıb. İş gedir ekspertizahya, proses bir neçə ay uzanır. Aqressiyanın həddinə baxın. Bizdə olan qızıl-cehiz kimi məsələlər orada yoxdur deyə, xarici ölkələrdə boşanmaq və mediasiya prosesi daha rahatdır. Biz deyəndə ki, ana keçmiş həyat yoldaşının uşaqla ünsiyyətinə imkan vermir, xaricdə təəccüblənirlər. Deyirlər niyə verməsin axı? Alimentdən imtina edilməsi haqqında danışanda da onun kimi. 

Biz ailə münasibətlərində çox aqressiv millətik. Evlənəndə xoşbəxt, boşananda müharibəyə hazır oluruq. Evlənəndə də səmimi evlənmirik, çoxu bu fikrimə görə məni qınayır, amma bütün bəla bizim toy adət-ənənələrimizlə bağlıdır. Bu ənənələri kökündən dəyişmək lazımdır. Gənclərə toyla bağlı azadlıq vermək lazımdır, ehtiyac yoxdur şadlıq sarayına 300-500 nəfəri dəvət etmək, xonçalar, qızıllar almaq. Əsas xoşbəxt yaşamaqdır. Təsəvvür edin, mediasiyaya müraciət edənlər içində 10 il əvvəl olan toyun xərcləri üzərində mübahisə edən insanlar var. O toya qoyulan xərci cütlüyə vermək lazımdır ki, özünə ev alsın, şərait qursun. Yoxsa gedib borca, kreditə girirlər, illərlə onu ödəyirlər, bu insan necə xoşbəxt ola bilər? Boşananda da mülkü bölə bilmirlər. Bizdə davamlı mental dəyərlərdən danışırlar, amma iki-üç uşaqla həyat yoldaşını boşayan və alimentdən, mülkün bölünməsindən boyun qaçıran kişilər var. Mentalımız sərf edəndə işləyir, sərf etməyəndə isə işləmir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri