Bizim məqsədimiz onları cərimə etmək yox, maarifləndirməkdir. | Icma.az
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Elə yol-nəqliyyat hadisələri var, onlar piyadaların iştirakı ilə baş verir!
Bu isə o deməkdir ki, bəzi insanlar yol hərəkəti qaydalarına əməl etmirlər.Heç şübhəsiz, piyadaların bu cür davranışı hərəkətin təhlükəsizliyini təmin edən yol polislərinin diqqətindən yayınmır.Əlbəttə, kimsə zəmanət verə bilməz ki, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verməyəcək.
Ancaq birmənalı olaraq deyə bilərik ki, piyadalar və sürücülər diqqətli olsalar, piyadavurma halları ən azından azala bilər.Çox təəssüf ki, hər ikisinin günahı üzündən belə hallar qaçılmaz olur.
Ona görə də piyadaların təhlükəsizliyini təmin etmək üçün respublika ərazisində zəruri tədbirləri həyata keçirilir.
O tədbirlər demək olar ki, Bakıda davamlı olaraq kerçəkləşdirilir.
Çünki ölkəmizdə ən çox piyadaların vurulması hadisəsi Bakıda qeydə alınır. Biz belə tədbirlərdə bir jurnalist olaraq çox iştirak etmişik.
Artıq neçə gündür ki, piyadaların təhlükəsizliyi ilə bağlı paytaxtımızda yol polisi qabaqlayıcı tədbirlər həyata keçirir." 20 yanvar" dairəsindəki profilaktik tədbirlər zamanı yol polisi tərəfindən saxlanılan piyadalar yol hərəkəti qaydalarını pozmaqlarını müxtəlif bəhanələrlə əlaqələndirirdilər.
Tam oxu
Xəbəri oxu