Icma.az
close
up
RU
Bizim məqsədimiz onları cərimə etmək yox, maarifləndirməkdir.

Bizim məqsədimiz onları cərimə etmək yox, maarifləndirməkdir.

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elə yol-nəqliyyat hadisələri var, onlar piyadaların iştirakı ilə baş verir! Bu isə o deməkdir ki, bəzi insanlar yol hərəkəti qaydalarına əməl etmirlər.

Heç şübhəsiz,  piyadaların bu cür davranışı hərəkətin təhlükəsizliyini təmin edən yol polislərinin diqqətindən  yayınmır.Əlbəttə, kimsə zəmanət verə bilməz ki, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verməyəcək. Ancaq birmənalı olaraq deyə bilərik ki, piyadalar və sürücülər diqqətli olsalar, piyadavurma  halları ən azından azala bilər.

Çox təəssüf ki, hər ikisinin günahı üzündən belə  hallar  qaçılmaz olur. Ona görə də  piyadaların təhlükəsizliyini təmin etmək üçün respublika ərazisində  zəruri tədbirləri həyata keçirilir. O tədbirlər demək olar ki, Bakıda davamlı olaraq kerçəkləşdirilir. Çünki ölkəmizdə ən çox piyadaların vurulması hadisəsi Bakıda qeydə alınır. Biz belə tədbirlərdə bir jurnalist olaraq çox iştirak etmişik. Artıq neçə gündür ki, piyadaların təhlükəsizliyi ilə bağlı paytaxtımızda  yol polisi  qabaqlayıcı tədbirlər həyata keçirir." 20 yanvar" dairəsindəki profilaktik tədbirlər zamanı yol polisi tərəfindən saxlanılan piyadalar yol hərəkəti qaydalarını pozmaqlarını  müxtəlif bəhanələrlə əlaqələndirirdilər. Bir deyirdi ki, tələsirəm dərsə çatım, müəllim qayıb yazmasın.

Biri  deyirdi ki, ayağım ağrayır.Biri də deyirdi ki, tələsirəm ki, həkimə tez çatım.   Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqə bölməsinin rəisi, polis kapitanı  Toğrul Nəsirli deyir ki,  bu cür profilaktik tədbirlərin mütəmadi olaraq keçirilməsinə böyük ehtiyac var. Çünki bəzi piyadalar yeraltı, yerüstü keçidlərdən , eləcə də digər təyin olunmuş yerlərdən keçmir, hərəkətin intensiv olduğu yoldan keçir. Bu isə çox təhkəlidir və hər an piyadanı avtomobil vura bilər.

Elə hadisələrin təhlili və statistikası göstərir ki, hadisələr hərəkət iştirakçısı olan piyadanın məsuliyyətsizliyi  üzündən baş verir. Təbii ki, dəfələrlə yol hərəkəti qaydalarını pozan və təyin olunmuş yerlərdən keçməyən piyadalar inzibati məsuliyyətə cəlb edilərək 20 manat məbləğində cərimə olunublar. Amma bizim məqsədimiz onları cərimə etmək deyil, maarifləndirməkdir. Ona görə də bir daha piyadalardan xahiş edirik ki, onlar yol hərəkəti qaydalarını pozmasın, təyin olunmuş yerlərdən keçsin və həyatlarını təhlükə qarşısında qoymasınlar!!!

Emil Faiqoğlu           

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 May 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri